backend

Kimdir günahkar, redaksiya yoxsa Vaqif Səlimov?- Əhmədzadənin kadrının Üsamə Bin Laden sevgisi- ŞOK VİDEO




Saytımızda "Əhməd Əhmədzadənin kadrının Üsamə Bin Laden sevgisi- ŞOK VİDEO" başlıqlı yazı yayımlanıb. Məqalədə Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə haqqında xoşagəlməz videosu yer alıb. Adıçəkilən yazı ilə bağlı cəmiyyətin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxladıq. Dilqəm müəllim redaksiyasımıza bildirdi ki, həmin məsələ ilə bağlı məlumatları var və videodakı səs Vaqif Səlimova aid deyil.
Düzü, mətbuat xidmətinin rəhbərinin bu fikri bizi qane etmədi. Ona görə ki, dövlət müəssisəsi sayılan bir idarənin rəhbərinin kabinetində, mərkəzi icra rəhbəri haqqında deyilən bu fikirlərə, əslində şəraiti kim yaradıb? O zaman Vaqif Səlimov öz rəhbəri haqqındakı neqativ fikirlərin səslənməsində kabinetində olubsa, niyə etirazını bildirmib? Yox, əgər o həqiqətəndə iş otağında olmubsa, kənar şəxs(lər) orada necə ola bilər(lər)? Təbii ki, bu və ya digər şübhə doğuracaq suallar yaranır. Biz redaksiya olaraq araşdırmalarımızı sona qədər aparmaqla, əsl həqiqətin üzə çıxmasına və o cümlədən də videodakı səslənən, -"..çağırsında mənim də deyiləcək sözlərim o qədərdiki, qəbul edən də, təhvil verən də, pul ayıran da, pul verən də adam var...Əhməd müəllim çağıracaq, çağırsında, Əhməd müəllim Ben Laden zad deyilki...". fikirlərin də kim tərəfindən, niyə və nə üçün deyilməsinə çalışacayıq.