backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160.  Kimdir,  Molla Cümə?



















Əziz və doğma Molla Cümə sevərlər, mən Molla Cümənin 160 illiyi münasibətiylə bu gündən sizə Molla Cümənin həyatını, yarıdıcılığını və ölümü haqqında bilmədiklərinizi hissə-hissə paylaşacağam. Sonda hər biriniz biləcəksiniz ki, nə üçün belə bir dahi şəxsiyyətin xalqımıza tanadilmaması, unudulması bizim üçün ürəkağrıdıcıdır

Kimdir, Molla Cümə?

Molla Cümə 1854-cü ilin aprel ayında, cümə günü Layısqı kəndində Salah kişinin və Reyhan xanımın ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Müsəlmanların müqqədəs günü olan cümə günü dünyaya gəldiyi üçün, babası Molla Oruc nəvəsinin adını Cümə qoydu. Həmin Cümə günü ki, Allah Təala qullarından və həmçinin Molla Cümədən heç nəyi əsirgəməmişdir. Molla Cümənin babası Molla Oruc savadlı, oxumuş bir şexs olmuşdur. Onun şeirlər yazdığı, şair olduğu bizə Molla Cümənin şeirlərindän məlumdur. Təsüf ki, onun yazdığı şeirler gəlib bizə çatmamışdır. Cümənin atası Salah kişi yazıb oxumaq bilsədə işi əkin-biçinlə keçmişdir. Anası Reyhan xanım isə evdar qadın olub uşaqların tərbiyəsi məşğul olmuşdur. Molla Cümə ailənin ücüncü, həmdə kiçik övladı olub. Onun Amənti adında bacısı, Süleyman adında qardaşı olub. Amənti Layısqılı Nəbi kişinin oğlu Əzizə ərə getmiş və onların övladları hal hazırda Layısqıda yaşayır və məndə həmin nəslin bir nümayəndəsiyəm. Qardaşı Süleyman isə Aişə adında bir xanımla ailə həyatı qurmuş, amma övladları olmamışdır. Indi isə qayıdaq əsas məsələyə, Cümə dünyaya gələndən iki-üç il sonra Salah kişi ailəsi ilə birlikdə, bir neçə qonşusu ilə Layısqıdan indiki Aşağı Göynük kəndinin ərazisinä daxil olan , Mərdanuşağı adlanan yerə köçmüş orada özlərinə yurd salmışlar.( Vaxtilə həmin yerlər Layısqının ərazisi olub). Cümə kiçik yaşlarında olarkən, danışığilə, düşüncəsiylə, hərəkətlərilə başqa uşaqlardan seçilirdi. Ondakı bu istedadı görən babası Molla Oruc bəzi rəvayətlərə görə nəvəsi Cüməni təhsil almaq üçün indi Mərdanuşağı adlanan yerdə xərabəsi qalan mədrəsəyə qoyur. ( Digər rəvayətlərə görə isə Azərbaycanda vaxtilə İslamı yayan mücahid, Qureyş tayfasının nəslindən olan İmam Qureyşı-nin yanında öz təhsilini almışdır.) 6 yaşında olan Cümə qısa bir müddətdə "Qurani Kərimi " əzbər öygrənir və hafiz olur. Müəllimi Molla Abdurrahmanın ən sevimli tələbəsinə çevrilir. O, müəllimindən təkcə "Quran" oxumaq deyil, "Quranda" adı çəkilən bütün peyğəmbərlärin häyatından bəhs edən bütün revayətləri, peyğəmbərıimizin dilindən yazılmış hədisləri öyrənir və hifz edir. Cümə "Quran" oxumaqla yanaş islamda olan dörd əsas məzhəbi, məktəbi və həämin məktəbin yaradıcıları olan dörd ehli-sünnə alimlərinin( imam Hənəfini, imam Maliki, imamŞafini və imam Əhməd ibn Hənbəl) yazdıqlarını oxuyur, öyrənir. Bununla yanaşı ərəb, fars və türk dilini öyrənir və həmin dövrə qədər ərəbcə, farsca, türkcə yazılmış şərqin böyük şailərinin, filosoflarının, alimlərinin əsərlərini oxuyur ,öyrənir və yaddaşına həkk edirdi. Cümənin o qədər güclü yaddaşı varmış ki, bir əsəri bir dəfə oxuyarmış və heç zaman yadından çıxmazmış. Cümə hələ kiçik yaşında olarkən şeirlər yazmağa başlayır. Onun yazdığı şeirləri oxuyan babası Molla Oruc nəvəsinin gələcəkdə dahi şäxsiyyət olacağını anlayır və ona dini təhsilə yanaşı elmi təhsilədə ehtiyac olduğunu görür. O, Cümäninin elmi biliklərə yiyələnməsi üçün əlindən gələni edir. Cümə mədrəsədən gələndən sonra evdə babasının ona bağışladığı kitabları oxuyur və bu kitablardan klassik şərq ədəbiyyatının böyük dahilərinin (Nizamini, Fürdövsini, Mövlanəni, Sədini, Yunus Əmrəni, Füzulini, Xaqanini və.s.) həyatına və yaradıcılığına yaxından bələd olur. O, klassik ədəbiyyatın dahilərinin əsərlərini oxumaqla yanaşı türk xalqlarının ortaq ədəbiyyatı olan aşıq ədəbiyyatını öyrənir və sevir. Ələlxüsus o dövr üçün dəbdə olan aşıq poeziyası Cümənində ruhuna qanına işləyir. O, şifahi xalq ədəbiyyatını və onun bir qolu olan aşıq ədəbiyyatını öyrənir və yadında saxlayır. Elə bir dastan, elə bir revayət , elə bir aşıq olmur, xüsusən də aşıq ədəbiyyatınının dahilərinin ( Qurbanin, Abbasın, Xəstə Qasımın, Sarı Aşığın, Alının, və.s) həyatından, şeirlərindän bilməmiş olsun.

Molla Cümə isə mükəmməl mədrəsə təhsili almış, ərəb, fars və türk dillərini öyrənmişdir.Elə bu səbədən də xalq ona Molla ( savadlı, bilici anlamında ) adını vermişdir. MEA-nın müxbir üzvü olan Y. Qarayev haqlı olaraq yazırdı “ Təsadüfi deyil ki, Azərbaycanda sözün indiki lüğəti yox, klassik mənasında “ Molla “ rütbəsini daşıyan sonuncu aşıq-şair Molla Cümə olmuşdur. Mövlanə Füzulidən, Vəli Vidadidən və Pənah Vaqifdən sonra bu titul şifahi ədəbiyyatda yalnız Cüməyə verilmişdir.”

Dünya şöhrətli həkim, tarixçi, dilçi-türkoloq və ədəbiyyatşünas alim Cavad Heyət də Molla Cüməyə yüksək qiymət verib, onu alim adlandıraraq yazır. “Molla Cümə molla olmayıb, lakin savadlı və alim olduğü üçün ona molla demişlər.”

O gənc yaşlarında şer yazmağa başlamışdir. İlk gəncliyində bir qız sevmiş, lakin bu nakam sevgisinə qovuşa bilməmişdir. Şerlərində qızın adını gizli saxlamış və onu “İsmi Pünhan” adlandırmışdır. Lirik şerlərinin əksərini ona həsr etmışdir. “İsmi Pünhan” Molla Cümə yaradıcılığının canı, özəyidir. “İsmi Pünhan”sız Molla Cüməni təsəvvür etmək mümkünsüzdür. Məcnun dedikdə Leyli, Kərəm dedikdə Əsli, Fərhad dedikdə Şirin yada düşdüyü kimi, Molla Cümə dedikdə də İsmi Pünhan yada düşür.

Mənada Mollayam, Molla Cüməyəm
İsmi Pünhan, oda şux pərvanəyəm,
Gəlmişəm cahana, bir gün fənayam,
Axırda Kərəm tək yanasıyam mən.


Yaradıcılıq etibarilə klassik Şərq ədəbiyyatına, aşıq poeziyasına bağlı olan Molla Cümə yazılı şerlə, şifahi şerin, əruzla hecanın qarşılıqlı əlaqəsi, bir-birindən bəhrələnməsi, zənginləşməsi baxımından diqqəti özünə çəkən nadir sənətkardır. Molla Cümə aşıq şerində işlənən bütün formalarda gözəl sənət inciləri yazmışdır ki, indiyə kimi ikinci belə zəngin aşıq və ya şair olmamışdır. Onun şerlərində klassik yazılı ədəbiyyatdan gələn dil və üslub əlamətləri, poetik deyimlər və formalar ( xüsusən də cinaslı şer qəliblərində) görürük. Sallama gəraylını, əvvəl-axır hərf üstə şerləri, qarışıq şer şəkillərini ( bədii peyvəndlər) Azərbaycan poeziyasına Molla Cümə gətirmişdir. Əlyazmalarının sayı məlum deyil. Çoxlu dastan yazmışdır. Azərbaycan aşıqları içərisində onun qədər dastan yazan ikinci sənətkar yoxdur. İndiyə kimi Azərbaycan dilində 5 kitabı nəşr olunmuşdur. Şerləri rus və türk dilinə də tərcümə edilmişdir. Əlyazmalar İnstitutunda, Memarlıq və İncəsənət İnstitutunda, şəxsi arxivlərdə çoxlu şer və dastanları var, çapını gözləyir.

Molla Cümə öz vətənini, torpağını, elini dərin məhəbbətlə sevmiş, onu hər şeydən üstün tutmuşdur.Vətənin adi bir daşı, ağacı, bulağı, quru cörəyi onun üçün əziz, doğma və qiymətli idi

Vətənimin sısqa, sərin bulağı,
Yad ellərin gur çayından yaşıdır.
Öz evimin quru cadı, ayranı,
Düşmən verən yağ payından yaxşıdır.


Azərbaycının rus imperiyası əsarətində qalması vətənpərvər şairi daima narahat etmişdir. Yadelli işğalçılara aşığın münasibəti həmişə mənfi olmuşdur. Çar hökumətinə qarşı mübarizə aparan vətənin igid övladları və ərləri, Molla Cümə şeirinin, sözünün, sazının tərənnüm obyektinə çevrilmişdir. Şair Şəkidə və onun ətrafında çar hökumətinə qarşı qaçaqlıq etmiş Cavadoğlunu və silahdaşlarını qorxmadan, çəkinmədən tərənnüm etmiş, ona böyük həcmli müxəmməs həsr etmişdir. Şerdə şair qaçaqların döyüşdən qalib çıxmasına, düşmənlərin qırılmasına, məhv olunmasına sevinir.

Qaçaqlar nizam ilə,
Aldı araya qoşunu.
Cavadoğlu qışqırıban,
Tezcə qıcadı dişini.
Yenə insaf eləyib,
Öldürdü qırx beşini.
Xəbər getdi nəçənniyə,
Götürsün murdar leşini.
Allahim şad elədi,
Külli müsəlmanı deyim.


Həmin dövrün müasirlərindən heç kim belə açıq, çılpaqlığı ilə, qorxub-çəkinmədən şer yazmağa cəsarət etməmişdir. Molla Cümə demokratik respublikanın terefdarı olmuşdur. Müstəqilliyimizi. ərazi bütövlüyümüzu qorumaq üçün xalqı azğın ermənilərə qarşı vuruşmağa çağırmış, vətənpərvərlik ruhunda şerlər qoşmuş və Milli Ordunun təşkil olunmasında fəal iştirak etmişdir.

Elə buna görə XI qızıl ordunun erməni millətindən olan əsgərləri xalqın inandığı, etibar etdiyi Molla Cüməni fiziki cəhətdən məhv etməyi qarşılarına məqsəd qoymuşdur. Eyni gündə Molla Cüməni və zövcəsi Zöhrə xanımı vəhşıcəsinə qətlə yetirmişlər. Nəslindən yalnız 14 yaşlı qızı Reyhan qaçıb meşədə gizlənərək xilas ola bilmişdir. Özünü və həyat yoldaşını öldürdükdən sonra əsgərlər evini talan etmiş, bütün əlyazmalarını həyətə töküb yandırmışlar. Çünki sənətkarın şerləri də onlar üçün qorxulu idi və təhlikə mənbəyi kimi qəbul olunmuşdu. Firudin Bəy Köçərli kimi Molla Cümə də “qırmızı terrorun” ilk qurbanlarından idi.

Molla Cümə XIX əsrin ikinci yarısı və XX əsrin ilk rübündə yaşayıb yazmış ən qüdrətli el sənətkarlarındandır. Görənlırin dediyinə görə, o, gözəl saz ifa edir və musiqi bəstələyirdi. Bu mənada Molla Cümə həm bəstəkar idi, bəstələdiyi “ Sallama gəraylı” , “ Şəki dübeytisi” , “ Cümə gözəlləməsi” və s. Saz havaları musiqişünaslara və aşıqlara məlumdur. Aşıq çox qüvvətli olmasa da, məlahətli səsə malik idi. O, Şəki, Qax, Zaqatala, Balakən, Şamaxı, Oğuz, Tovuz, Gəncə, Gürcüstan və Dağıstanın kəndlərini, odalarını qarış-qarış gəzmiş, el şənliklərinə, toylara dəvət olunmuş, saz çalıb oxumuş, aşıqlarla deyişmişdir. Onun ifaçılıq qabiliyyətindən şagirdləri və müasirlər ağız dolusu bəhs etmişlər. Ən ümdəsi isə Molla Cümə dərin mənalı, aşiqanə şerlər müəllifidir, dövrünün digər aşəqlarındanfərqli olaraq mədrəsə təhsili almış, İslami bilik sahəsini dərindən mənimsəmişdir və həyatına tətbiq edərək yaşamışdır.

D. Qiyasbəyli yazırdı” Molla Cümənin əlyazmaların müqəddiməsində oxuyuruq – ( Ey həzərat, mənim bu dəftərimin içində yazılıbdır “Əvvəl divani və ikincisi – qafiyə, üçüncüsü – dübeyti, dördüncüsü - heca beyt, beşincisi - kükəri və ərəbi, altıncısı təcnis, yeddincisi – təxnis, səkkizincisi- şikəstə, doqquzuncusu -bayatı, onuncusu – qara-heca, on birincisi – dodaqdəyməz, on ikincisi - müxəmməs”. Təəssüflər olsun ki, bu əlyazma və D.Qiyasbəylinin Molla Cumanın yaradıcılığına həsr etdiyi namizədlik disserasiyası evlərindən yoxa çıxmışdır. Burada adı çəkilən bəzi şer şəkilləri barəsində tədqiqatçılara və folklorşünaslara heç nə məlum deyil. P. Əfəndiyev göstərir ki, “ .... Məlum əlyazmalarda Molla Cümənin elə şerləri vardır ki, onlar (xüsusi forma cəhətdən) tədqiqata möhtacdır, bunların təhlili azəri aşıq və xalq poeziyasına bir sıra forma xüsusiyyətlərinin aydınlaşdırılmasında folklorşünaslarımıza yeni material verə bilər.”

Həmçinin Molla Cümə İslam tarixi, əhvalat, nağıl, lətifə və dastan söyləyəndə öz savadı və bacariğı ilə xalqa sadə dildə çatdırırdı. Bir sözlə, o, hərtərəfli istedada malik bir xalq sənətkarı kimi yetişib özünü “Dərn kitabların mənası”-nı açan kamil bilik sahibi kimi tanıtmış, ana dilindən başqa iki dildə (Ərəb və Fars) yazıb oxuduğunu əsərlərində dəfələrlə qeyd etmişdir.

Oxuram ustaddan almışam dərsi,
Oxumuşam ərəb, türkinən farsi,
Fikrim seyr eləyər ərşinən kürsi,
Dərin kitabların mənasıyam mən.


Aşıq dedikdə “yaradıcılığında şairlik, nəğməkarlıq, ifaçılıq, bədii qiraət və rəqs sənətlərini üzvü surətdə, sintetik tərzdə birləşdirən xalq sənətkarı” başa düşülür. Peşekar ustad aşıq bütün bunları şıfahi şəkildə, yəni bədahətən şer deməklə, nağıl, dastan, rəvayət, qaravəlli söyləməklə, yaxud özündən əvvəl gələn sənətkarların əsərlərini elin ağzından götürüb ifa etməklə, yaşatmaqla yerinə yetirir.

Təsadüfi deyil ki, Azərbaycan xalqının əziz sənətkarlarından biri sayılan Aşıq Ələsgər 104 il yaşamasına baxmayaraq, yazı-pozu bilməmiş, məclis və şənliklərdə inprovizə yolu ilə söylədiyi şerləri ağızdan –ağıza keçərək yaşamışdır. Lakin Molla Cümənin yaradıcılığında başqa mənzərənin şahidi oluruq. Belə ki, o, mükəmməl təhsil gördüyündən sazla, sözlə birlikdə qələmini də işlətmişdir.

Ardı var

Elman Əzizov.

"Qaynar xətt" qəzeti. (8-9 dekabr 2014)