Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA

gundem / Bolge 11-07-2020, 14:56



Balakən rayonunda fermerlərin harayı – suvarma suyu sanki qeybə çəkilib. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladovun apardığı «təmir işləri» hansı effekti verir?

HTQ və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması məqsədilə ayrılan külli miqdarda vəsaitin aqibətini kimdən soruşmalı?

Azərbaycanda torpaq-iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər öz həllini tapmadığı üçün mövcud su potensialından səmərəli istifadə olunmadığı halda suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək daha çox resurs itkisinə yol açar. Qeyd edək ki, Azərbaycanın 32 milyard kubmetr su potensialı var. Bunun da 60-70 faizi İran, Gürcüstan və Ermənistandan nəql olunur. Qalanı isə ölkə daxilində formalaşır. Azərbaycanın su resursu istehlak tələbatından 10 dəfə çoxdur. Lakin problem ondan ibarətdir ki, su potensialından səmərəli istifadə olunmur. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda yağış suyu yığılmır.

Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyətində məmurlar balıqçılıqla məşğuldur. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb. Su itkisinin yaranma səbəbi su kanallarında sovet dövründən təmir-bərpa işlərinin aparılmaması, nəticədə sızmaların yaranmasıdır. Sızmaların yaranması ətrafdakı əkin sahələrində bataqlıq yaradır, şoranlaşmaya gətirib çıxarır.

Sudan qənaətlə istifadə olunmaması da səbəblər sırasındadır. Köhnə qayda ilə aparılan primitiv selləmə suvarma bitkinin normal qidalanmasına və havalanmasına imkan vermir. Uzun müddətdir ki, su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri əldə edilir. Bundan əlavə, dövlət büdcəsindən bu istiqamətə maliyyə ayrılır. Lakin bu sahədə vəziyyət heç də yaxşılaşmır, əksinə, ölkənin suvarma suyuna olan ehtiyacı ödənilmir. BİA.az-a daxil olan məlumatlara görə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyində olan bir sıra idarə və müəssisələrdə özbaşınalıq hökm sürür. Və buna görə də fermerlər ciddi problemlərlə üzləşmək məcburiyyətində qalırlar.

Həmin idarələrdən biri də Balakən rayon Suvarma Sistemləri İdarəsidir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin rəisi Ruslan Poladov fermerləri yox, ancaq özünü fikirləşir: «Balakən rayonunda suvarma suyu ilə bağlı çox böyük problemlər yaşanmaqdadır. Əkin sahələrinin yetərli hissəsi susuzluqdan məhv olub gedib. Bu isə vətəndaşların maddi itki ilə üzləşməsinə gətirib çıxarır. İdarənin rəhbərliyi və əməkdaşları işlərinin öhdəsindən layiqincə gələ bilmirlər, işlərinə məsuliyyətsiz yanaşırlar. Nasos aqreqatları, elektrik mühərrikləri, hidrotexniki qurğular, hidropostlar və nasos stansiyaları bərbad vəziyyətdədlir.

İdarə rəisi sənəd üzərində hər il bu qurğuları «təmir» etdirir. Lakin heç bir təmir işləri görülmür. O sənəd üzərində bu işləri həyata keçirməklə külli miqdarda vəsaiti havaya buxarlandırır. Sudan istifadə birliklərinin mövcudluğu isə nəzərə çarpmır. Balakən Suvarma Sistemləri İdarəsinin rəhbərliyinin yardımından əlini üzən fermerlər öz vəsaitləri hesabına sahələrini suvarırlar. Bu idarə sanki Ruslan müəllimin ata-baba mülküdür. O idarənin balansındakı texnika və qurğulardan şəxsi məqsədləri üçün yararlanır».

Araşdırmalar nəticəsində öyrəndik ki, Balakən Suvarma Sistemləri İdarəsi üzrə cari təmir materialları, HTQ və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması məqsədilə ayrılan vəsait təyinatı üzrə istifadə olunmayıb. Deyilənə görə, idarə rəisi ASC-dəki vəzifəli şəxslərdən biri ilə «anlaşaraq» həmin vəsaitlərin böyük hissəsini «silib». Başqa bir məlumata görə, az  müddət ərzində idarə rəisi işləyən Ruslan Poladov bir sıra əyri yollara baş vurmaqla şəxsi maliyyə imkanlarını xeyli genişləndirib.

Mənbəmizin iddiasına görə, bu gün SSİ-də çoxsaylı problemlər tüğyan edir, kütləvi narazılıq hissi baş qaldırır. Baş verənlər bir daha onu söyləməyə əsas verir ki, şəxsi maraqlarını daim öndə tutan idarə rəisi bu gün atdığı addımları ilə yeni-yeni problemlər yaratmaqdadır. Qurmudakı xoşagəlməz durumun varlığı haqda məlumatları xəbər portalımıza çatdıran mənbə iddia edir ki, Balakən rayon SSİ-nin rəisi vəzifəsini daşıyan Ruslan müəllimin xarakterik xüsusiyyəti, əksər hallarda büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinə geniş imkanlar da açır. Belə bir səbəb üzündəndir ki, idarədə hər ay mənimsəmələrə, israfçılığa və digər çoxsaylı qanunsuzluqlara qol qoyulur. Adı çəkilən quruma rəhbərlik edən Ruslan Poladov isə, məhz problemlərin varlığını Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyindəki şəxslərlə bağlayır və müəyyən mənada ittihamlarını da səsləndirir. Məsələn, çox zaman iş başında tapılmayan idarə rəisi bəzi problemlərin varlığına münasibət bildirərkən onu da vurğulayır ki, “biz nə etməliyik, dörd aydan çoxdur ki, maaş almırıq. Əhməd Əhmədzadə heç bir halda bizi düşünmür. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev “sahibkarlara köməklik göstərin, problemlərinin həllinə çalışın, narazılıq hissinin əmələ gəlməsinə şərait yaratmayın” deyə, lazımi tapşırıqlarını verir. Digər tərəfdən problemlərimiz aşıb-daşır. Belə olan halda idarəmizin dərdi də, problemləri də olacaq” deyir.

Bəli, səslənən ittihamlar Ruslan Poladova məxsus olduğundan, hələlik həmin ittihamlarla bağlı nəsə deyə bilmərik. Amma, deyəcəyimiz o olacaq ki, bu gün o, idarəyə verilən yanacağa, sürtkü yağlarına, texnikalara aid detallara, avadanlıqlara, hətta bəzi işçilərin əmək haqlarına və s. “əl də qoyur”. Yeli mənbənin iddiasına görə, hal-hazırda idarənin balansında olan texnikaların əksəriyyəti yararsız haldadır. Buna da səbəb, məhz həmin texnikalara verilən ehtiyat hissələrinin, müxtəlif detalların müəyyən müddət ərzində “itbata” salınması olur. Çünki, köhnə ehtiyat hissələri yarasız olur, təzə ehtiyat hissələri isə köhnələrlə əvəzlənmir. Belə bir halın varlığı da, durmadan çoxsaylı problemlərin əmələ gəlməsi ilə nəticələnir. Məlumatlı mənbə onu da iddia edir ki, suvarma suyuna ehtiyac olan vaxtlarda kanallar təmizlənmir, alaq otları, lil və s. kanalları ağuşuna alır. Yerli sahibkarlar kanalların təmizlənməsini tələb etdikdə, dərhal Ruslan müəllim bildirir ki, “bizim texnikaları tərpətməyə ixtiyarımız yoxdur. Çünki, Əhməd Əhmədzadənin müavini Zakir müəllim “mənim icazəm olmadan texnikalar tərpənə biməz” deyə tapşırığını verib” deyir. Ruslan Poladovun daha çox SSİ-nə ayrılan yanacağı mütəmadi satdırması, bu gün onu əməlli-başlıca sayılıb-seçilən vəzifə sahiblərindən birinə də çevirib. Belə bir səbəb üzündəndir ki, adı çəkilən şəxs hal-hazırda bölgədə imkanlı şəxslərindən biri hesab olunur. Atılan addımlar sahibkarlığın inkişafına əngəl olmaqla bərabər, eyni zamanda ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıqlarla ziddiyyət təşkil etməkdədir. Bütün bunları nəzərə alsaq o halda sual da oluna bilər ki, tabe olduğu qurumun rəhbər şəxslərini daim ittiham edən və büdcə vəsaitlərini şəxsi maraqlarının həlli naminə “həzmi-rabedən” keçirən Ruslan Poladova niyə “dur” deyilmir? Deməli, torbada “qara pişik” var! Yoxsa... Bütün bunlardan əlavə, əməkdaşlarımızın əldə etdikləri digər məlumatlara görə şəxsi təsərrüfatların sahibləri də iddia edirlər ki, SSİ-nin əməkdaşları yerlərdə suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında bir çox qanunsuzluqlara yol verirlər ki, bu da, ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olur.


Ardı olacaq.


Qarşı  tərəfin də mğvqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az
Oxunub: 355
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10