Əhmədzadənin Zərdabdakı adamı narazılıq yaradır... - "Susuzluqdan pambıq sahəm məhv olur..."

gundem / Iqtisadiyyat / Bolge 11-07-2020, 16:11



Zərdab rayonu Gödəkqobu kənd sakini bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlayıb:

"Mən Zərdab rayon Gödəkqobu kənd sakini mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Nazir cənab Novruz Məmmədova və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəyə müraciət edirəm.Mən 22 hektar torpaq sahəsində ailəmlə birlikdə min-bir əziyyət çəkib pampıq əkmişəm. Ancaq bu gün susuzluqdan pambıq sahəm yanır.Bunun isə səbəbkarı Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevdir.Zərdab rayon Suvarma Sistemləri İdarəsi Mircəlal Mirzəyev məndən su üçün küllü miqdarda rüşvət istəyir.Mən bu barədə dəfələrlə Zərdab Rayon İcra Hakimiyyətinə zəng edib, qəbula gedib məlumat versəmdə heç bir tədbir görmək istəmirlər.Hazırda yonca sahələrinə pul alınıb su verilir.Hansı ki, Prezident cənab İlham Əliyev pambıqçılığın inkişafı üçün xüsusi tapşırıqlar verib.Mənim ailəm bu ilin aprel ayından 22 hektar sahədə pambığın əkilməsində, alaq edilməsində min-bir əziyyət çəkib.Biz pambığı əkməkdə niyyətimiz, dövlətə, iqtisadiyyatımıza və cəmiyyətə xeyir verməkdir. Artıq bir neçə günə pambığın yığılmasına başlanılmalı olsada Mircəlal Mirzəyevin yaratdığı maneə və özbaşınalığa görə 22 hektar torpaq sahəsindəki pampıq susuzluqdan batmaq üzrədir".

Daha sonra bia.az-a daxil olan müraciətdə deyilir: "Mən həyacan təbli çalıram bu ağır bir cinayət əməlidir ki, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev törədir.O, dövlətini, prezidentini və xalqını sevməyən, öz maddi maraqlarını düşünən bir yaramazdır. Sizdən çox-çox xahiş edirəm bizə kömək edin 22 hektar pambıq sahəmiz susuzluqdan yanmasın, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevin barəsində ciddi tədbirlər görəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...


Qaynarxett.az
Oxunub: 598
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10