DOSTU SARIDAN BƏXTİ GƏTİRƏN SOLTAN CAMALOV... - Qaxda Kəlbəla müsübəti...

gundem / Bolge / redaktor 11-07-2020, 16:39

Qax rayon Suvarma Sistemləri İdarəsinin müdiri Soltan Camalov dövlətdən mənimsədiyi yüz min manatlar hesabına özünə böyük sərvət toplayıb və artıq özünü qeyri-rəsmi milyoner kimi təqdim etməkdən belə çəkinmir.

Azərbaycanda korrupsiya və dövlət vəsaitini mənimsəmə halları artıq o səviyyəyə çatıb ki, rayonlarda idarə müdirləri belə harınlayaraq özlərini milyonçu adlandırırlar. Diqqətə alınmalıdır ki, bu gün Azərbaycan kəndlərində əhali çox ağır sosial şəraitdə yaşamaqdadırlar. Kənd əhalisinin böyük hissəsi Bakıda tikintilərdə və Qaradağda daş karxanalarında günəmuzd olaraq çalışırlar. Yəni faktiki olaraq bu insanların heç bir sossial təminatları və sabaha olan güvəncləri yoxdur. Bunun müqabilində isə rayonlarda bir ovuc məmur sürətlə varlanır…

Qaynarxett.az–ya daxil olan məlumatda bildirilir ki, Qax rayonun qeyri rəsmi məmur milyonerlərinin başında Qax Suvarma Sistemləri İdarəsinin müdiri Soltan Camalov gəlir. Bildirilir ki, o, artıq yaxın ətrafının yanında milyoner olduğunu belə gizlətmir və Qaxda çoxları Soltan Camalovu elə belə də qəbul edir. Qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin inandığı və lap coxdan dostluq etdiyi bu mini oliqarx hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyərək öz şəxsi biznesini, var dövlətini çiçəkləndirir. Bunun üçünsə o hər vasitə ilə . Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin işinə yaramağa çalışır.

Qaxın yeganə su idarəsi olan Suvarma Sistemləri İdarəsinin 200-ə yaxın işçisi, çoxlu sayda texnikası var və bu idarənin üzərinə Qaxda doğurdan çox iş düşür. Amma idarə müdiri Soltan Camalov işçilərinə qarşı kobud davranmaqla yanaşı, həmçinin böyük maliyyə maxinasiyları həyata keçirərək hər il dövlətin yüz min manatlarla vəsaitini mənimsəyir. .Verilən məlumatda göstərilir ki, Əhməd Əhmədzadəyə və icra başçısı Musa Şəkiliyevə “yaxşı qulluq” etdiyindən idarə müdirinə gözün üstündə qaşın var deyən yoxdur. İdarə müdirinin maliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi yüz min manatlarla vəsaitlər isə dövlətin və Qaxın inkişafına deyil, məhz Soltan Camalovun qanunsuz biznesinin çiçəklənməsinə sərf olunur.

Daxil olan məlumatda bildirilir ki, son ildə Soltan Camalovun idarəsinə 2 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına və müxtəlif işlərin görülməsi adı altında xərclənib. Əslində ortada nə alınan, nə də görülən dəyərli heç nə yoxdur.Qax sakinlərinin kənd təəsrrüfatında və həyətyanı sahələrində istifadə etdikləri suyun pulunu da məhz Soltan Camalov yığır. İdarə müdirinin adamları heç bir sənəd, qəbz vermədən bütün Qax sakinlərindən il boyu pul yığmaqla məşğul olur. İl ərzində su pulu yığımından Suvarma Sistemləri idarəsinin büdcəsinə yarım milyon manata yaxın qazanc daxil olduğu bildirilir. Belə ki, əkin  sahələrinin suvarılması üçün 1 ha sahəyə görə hər dəfə suvarılma üçün 8 manat, həyətyanı sahələr üçünsə ayda 4 manat vəsait yığılır. Qax rayonunda kifayət qədər əkilən sahələr olduğuda bildirilir. Həmin vəsaitin böyük hissəsi sənədləşdirilmədən mənimsənilir, ancaq cüzi bir hissəsi isə gözdən pərdə asmaq naminə idarəninin büdcəsinə köçürülür.Bildirilir ki, Soltan Camalov hər il yüz min manatlarla vəsaiti kanallarda, çay yataqlarında, artezan quyularında və müxtəlif yerlərdə cari təmir işlərinin görülməsi adı altında silərək mənimsəyir. Artezan quyularının və bəzi kanalların cari təmiri istifadəçi sakinlərin pulu ilə həyata keçirilir.

Verilən məlumatda o da qeyd olunur k, mini oliqarx Soltan Camalov Qaxda bir neçə obyekti, Balakəndə, qonşu Zaqatala rayonunda dəbdəbəli imarətlərii, Bakı şəhərində 4 mənzili və qiyməti 60 mindən başlayan bir neçə xarici aftomobili, Bakının gur yerlərində bir neçə bizneç strukturu var. Bu hələ idarə müdirin bilinən mal varlığıdır. Yəni aysberqin görünən üzüdür. Əslində Soltan Camalovun varidatının bilindiyindən qat-qat artıq olduğu bildirilir. Həmçinin idarə müdirinin tam bir oliqax kimi hər il xarici ölkələrə müalicə adı ilə aylarla istirahətə getdiyi də qeyd olunur.


Rayon əhlini susuz qoyan Soltan Camalov nə işdə tapılır, nə də ki, Qaxda. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Soltan Camalovu tapmaq istəyən onu öz restoranında tapa bilər. Səhər 10-da idarəyə gələrək yanacaqdan əldə olunan pulları cibinə yığaraq, 20 dəqiqədən sonra aradan çıxır. Jurnalistlər onun qəbuluna düşmək üçün gərək Əhməd Əhmədzadədən icazə ala. Soltan Camalov özünü nazir kimi aparır. İdarənin hər künc-bucağına monitorlar qoyub, insanları güdməklə məşğuldur. Onun maxinasiyaları ilə bağlı bizə daxil olan informasiyalar onu göstərir ki, bu insan rayonda nə istəyirsə onu da edir. Ayrılan ehtiyat hissələri, yanacağı ona-buna satdırıb villalar, restoranlar, istirahət mərkəzləri tikdirir.

Rayonda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə dostluq əlaqələri qurub gələcəyini təmin edən Soltan Camalov fəaliyyəti dövründə çox böyük qanunsuzluqlara imza atdığı söylənilir. Kifayət qədər nöqsanların aşkarlanmasına baxmayaraq heç bir tədbir görülmür. İndi qaxlıları bir məsələ düşündürür: Görəsən bu adama bir "dur" deyən tapılacaqmı?


Ardı novbəti sayımızda.
Qarşıtərəfində mövqeyini dərc etməyə hazırıq.


Qaynarxett.az
Oxunub: 373
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10