backend

SON DƏQİQƏ! Tovuzun mərkəzində insanlar küçələrə axışıb - VİDEO




Bu gün Tovuz rayonunda Ermənistan tərəfindən edilmiş təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən alınıb.
BAXAR.AZ xəbər verir ki, nəticədə Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub. Sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən orduya kütləvi şəkildə dəstək xarakterli paylaşımlar edilir.
Hazırda Qaynarxett.az-a daxil olan məlumata görə, Tovuz rayonunda sakinlər orduya dəstək məqsədilə küçələrə axışıb. Onlar bu addımla hər an Azərbaycan ordusunda döyüşə hazır vəziyyətdə olduqlarını bildirirlər.