backend

SAHİL BABAYEVƏ AGSUDAN ŞOK MÜRACİƏT - "Budurmu sizin bu çətin dönəmdə kasıb ailələrə dəstəyiniz"




Qaynarxett.az-a müraciət edən Agsu şəhər sakini Musayev Valid Talib oglunun şikayəti ƏƏSM Nazirliyinin rayon şöbəsinin rəhbərliyindəndir. Şikayətsi yazır:

"Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin bəzilərinin ünvanlı sosial yardımlarının vaxtı karantin dövründə başa çatmışdır. Həmin aztəminatlı ailələrə Vemtas tərəfindən mesaj gəldiki,ölkəmizdə xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-nə kimi ünvanlı sosial yardımı alacaqlar.Həqiqətəndə vətəndaşlar aprel,may və iyun ayının pulunu aldılar. Lakin iyul ayında həmin aztəminatlı ailələr ünvanlı sosial yardımı ala bilmədilər.ƏƏSM Nazirliyinin yerli şöbəsi maraqlanan vətəndaşlara bildirirlərki Ağsu rayonunda karantin rejimi olmadığı üçün ünvanlı sosial yardımın verilməsi dayandırılıb. Mənə bir vətəndaş olaraq maraqlıdırki,ölkədə rəsmi karantin rejimi bitmədiyi halda Ağsu rayonunda karantin rejimi necə bitə bilər?   Əgər karantin rejimi bitibsə rayonda maskasız ictimai yerlərə girməyə görə niyə cərimə tətbiq olunur? Hüzür və şadlıq mərasimlərinin təşkilinə icazə verilmirsə karantin rejimi necə başa çata bilər? Cənab Sahil Babayev,verdiyiniz sözü yerinə yetirməməyə nə mane oldu sizə? Niyə dediyiniz kimi aztəminatlı ailələrə ayrılan ünvanlı sosial yardımı həmin ailələr karantin rejiminin bitdiyi aydan sonrakı,ayın 1-nə kimi almadılar? Budurmu sizin bu çətin dönəmdə kasıb ailələrə dəstəyiniz?"

Qaynarxett.az