backend

“Əgər Pakistan və Türkiyə olmasaydı, Rusiya çoxdan bizi…”


Azad İsazadə: “Dost dövlətlərin dəstəyi Moskvanın mövqeyinə çoxdan təsir göstərib”
Ermənilərin 12 iyul tarixli Tovuz təxribatları fonundan Azərbaycanın ənənəvi müttəfiqləri olan Türkiyə və Pakistan bir kəs daha ölkəmizə açıq dəstək nümayiş etdirərək Ermənistanın hücumlarını kəskin şəkildə pislədi, habelə, rəsmi Bakıya istənilən cür yardıma hazır olduqlarını bəyan etdilər.
Maraqlıdır, Türkiyə və Pakistanın Azərbaycana dəstəyi Rusiyanın Ermənistana dəstəyi arasına balans formalaşdıra bilərmi? Başqa sözlə desək, Pakistan və Türkiyənin Azərbaycana dəstəyi ilə Rusiyanın Ermənistan dəstəyi arasında bərabərlik işarəsi qoymaq mümkündürmü?


Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə Azərbaycana yönəlik təzyqilərin azalması məsələsində Pakistan və Türkiyənin böyük xidmətlərə malik olduğunu vurğuladı:
“Türkiyə və Pakistanın Azərbaycana dəstəyi ölkəmiz üçün həqiqətən də böyük əhəmiyyətə malikdir. Pakistran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyənin də mövqeyi çoxdan məlumdur. Bundan daha isti, daha yaxın əməkdaşlıq mümkün deyil. Onların ölkəmizə dəstəyi Rusiyanın mövqeyini bəlkə də çoxdan dəyişib. Əgər ilk mərhələdən etibarən Pakistan və Türkiyənin ölkəmizə bunca dəstəyi olmasaydı, bəlkə də biz daha güclü təzyiqlərə məruz qalardıq. Pakistanla Türkiyə bu baxımdan çoxdan Rusiyanın mövqeyinə təsir göstərib, Azərbaycana qarşı daha böyük təzyiqlərin tətbiqi qarşısında bir sədd formalaşdırıb. Hər halda mən belə düşünürəm”.