backend

İçdiyimiz çaylar rənglənmiş ot-ələfdir

İçdiyimiz çaylar rənglənmiş ot-ələfdir














Ekspertdən həyəcanlı ÇAĞIRIŞ: “Paket çaylardan imtina edin!”

Bu gün toxunmaq istədiyimiz problem “min bir dərdin dərmanı” dediyimiz, adına mahnılar qoşulan çaydır. Əvvəllər başağrısına qarşı ağrıkəsici kimi istifadə etdiyimiz çay indi içdikcə təzyiq qaldırmaqdan başqa, bir işə yaramır. Gün ərzində bir neçə saat ac qalsaq belə, çaysız keçinmək olmur. Çünki çay gündəlik qida rasionumuza daxil olan əsas içkidir. Kimi dindirirsən “içdiyimiz kraska”dır deyir. Dediklərində əsas da var. Birincisi əsl dəmlənmə müddəti 15 dəqiqədən az olmayan çayın üstünə soyuq su tökəndə belə, qaralmağa başalayır. İkinci əsas məsələ isə çayın dəmlənməsindən bir neçə saat sonra anlaşılmaz, lilli rəng almasıdır.
Əslində dünya bazarında çay bahalı məhsullardan hesab olunur. Elə çayın vətəni sayılan Lənkəranın özündə də belədir. Amma maraqlıdır ki, dükanlarımızda 100 qramı 1 manata satılan, “ətrindən doyulmayan” çaylar piştaxtaları doldurub. Bu çayların tərkibi, keyfiyyəti, onu içməyin təminatlı olması haqda indiyə kimi heç kəs ürəklə açıqlama verməyib. Əksəriyyət içdiyimiz çayın rənglənmiş ot-ələf olduğu qənaətindədir.
Elə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu qəbildən olan şikayətlərlə tez-tez rastlaşdıqlarını vurğulayıb:
“Çayın keyfiyyətinin aşağı olmasıyla bağlı Azad İstehlakçılar Birliyinə tez-tez şikayətlər daxil olur. Bunu ilk növbədə soyuq suya salınan çayın qaralmasısı ilə əlaqələndirirlər.
Birliyimizin apardığı tədqiqtalardan bəlli olub ki, Lənkəran çayı istisna edilməklə Azərbaycanda bəh-bəhlə alıb içdiyimiz brend çaylar burada sadəcə bükülüb, qutulaşdırılır”.
O, qeyd edib ki, bu məsələni dərindən arşdırmağa çalışsalar da, lazımi nəticələr əldə olunmayıb: “Çünki, fortifikasiya prosesi ölkədən kənarda həyata keçirilir. Yəni çaylara xüsusi maddələrin, qatqıların, dadlandırıcıların, ətriyyatların, rəngin vurulması məhsulun yığıldığı yerdə tətbiq edilir, ölkəmizdə isə sadəcə qablaşdırılır”.
Bundan əlavə, paket çay adı altında satışa buraxılan kompaktlığı ilə rahatlıq yaradan çayların da insan orqanizminə ziyanı haqda danışılır, amma onlardan da imtina edə bilmirik. Mütəxəssislər deyir ki, paketlənmiş birdəfəlik çayların tərkibində müəyyən zərərli maddələr də də var.
AİB sədri Eyyub Hüseynov da birmənalı şəkildə əhalini birdəfəlik istifadə üçün paket çaylardan imtina etməyə çağırıb: “Vətəndaşlarımız paket çaylardan imtina etsələr, daha yaxşı olar.
“Bəzi istehsalçılar paket çay istehsalında daha az maddi vəsait xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur. Xüsusilə də çay alarkən xırda yarpaqlı çayların arzuolunmayan olduğunu nəzərə alsınlar. Daha keyfiyyətli çaylar kolun uzun yarpaqlarından yığılanlardır. Eyni zamanda əhaliyə yaşıl çaylardan istifadəni daha çox tövsiyə edərdim”.

G. RAUFQIZI