backend

Banklarda "qulaq kəsənlər"

Banklarda "qulaq kəsənlər"













Yaxud kreditləri vaxtından əvvəl ödəmək riskinin təhlili nə göstərdi...

İndi Azərbaycan banklarında kreditləri vaxtından əvvəl ödəmək riskli məsələdir. Əməkdaşımızın tanışlarından birinin götürdyü istehlak kreditini üç ay qabaq ödəmək üçün etdiyi müraciət məyusluqla başa çatmışdı. Əslində, müştərinin məqsədi aydın idi - əlinə düşən pulla krediti üç ay tez ödəməklə həm faiz ödənişlərini bir qədər azalda bilərdi, həm də kredit stressindən xilas olardı.
Amma bankda onun müraciətinə elə cavab verdilər ki, müştəri istər-istəməz fikrindən daşındı. Bank operatorunun dediyinə görə, krediti tez ödəməklə faizləri bir qədər sala bilərik, amma bankın təlimatına görə, kredit müqaviləsini pozmuş müştəri cərimə olunacaq və nəticədə ümumi məbləğ baha başa gələcək. Bundan əlavə, müştərinin adı "qara siyahı"ya salınacaq ki, həmin müştəri bir daha həmin bankdan kredit ada bilməyək.
Ölkə banklarında apardığımız araşdırma göstərir ki, bəzi banklar əvvəlcədən ödənişə imkan yaradırlar, amma bu yalnız müştərini kredit stressindən xilas etməyə imkan verir. Əvvəlcədən ödənmiş pul isə sistemdə saxlanaraq qrafik üzrə hesaba oturdulur. Faizlərdə isə elə bir dəyişiklik olmur. Yalnız bəzi banklar müştəriyə normal qaydada faizləri aşağı salmaq imkanı yaradır. Amma bu da xüsusi prosedur tələb edir, müştəri xüsusi ərizə yazmalıdır və bank rəhbərliyi bunu təsdiqləmidir. Həm də ilkin bağlanmış kredit müqaviləsi buna imkan yaratmalıdır.
Həm də Azərbayan banklarının təmsilçiləri bankın krediti vaxtından əvvəl ödəyən müştəriyə qadağan qoyulmasını normal sayırlar. Onların iddiasına görə, müştərinin krediti vaxtından əvvəl ödəməsi bankın vəsaitləri yerləşdirmə üzrə planlaşdırma prosesini pozur və o, əldə edilən pulları səmərəli yerləşdirə bilmir.
Halbuki dünyanın əksər ölkələrinin praktikası göstərir ki, bu heç də belə deyil və əksər ölkələrdə müştərinin krediti əvvəlcədən ödəmək imkanı var və bu zaman avtomatik olaraq faiz ödənişləri düşür. Artıq əksər MDB ölkələri də bu praktikaya keçir. Məsələn, iyulun 1-dən qüvvəyə minən qaydalar görə, Rusiyada istənilən müştəri krediti vaxtından əvvəl ödəyə bilər. Rusiya mərkəzi bankı bunun üçün xüsusi kredit kalkulyatoru da işləyib ki, vətəndaş bu qərarı verməzdən əvvəl ödəyəcəyi toplam məbləğin nə qədər aşağı düşəcəyini öyrənə bilsin.
Məsələn, yanvarda bir illik müddətə 14,5%-lə 5000 dollar ekvivalentində kredit götürmüş müştəri əgər fevralda 3000 dollar ödəniş edərsə, onun aylıq 448,94 dollar bərabər olan aylıq ödənişi avtomatik olaraq 156,75 dollara düşür və ödəyəəyi toplam məbləğ 214,06 dollar azalır. Göründüyü kimi müştərilər və ölkənin bank sistemi üçün yetərinə əlverişli variantdır. Həm müştərilərin kredit stressinin, həm də bank sistemindəki problemli kreditlərin səviyyəsini aşağı salmaqda böyük yardım edə bilər.
Qonşuların bu ür əlverişli praktikası nədənsə Azərbayanda tətbiq edilmir və banklar müştərilərin məlumatsızlığından istifadə edərək onları çətinliyə salmaqla qazanlarını artırmağa çalışırlar.
İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, qanunveriilikdə müştərinin krediti vaxtından əvvəl qaytarması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Amma bunun üçün ayrıca qanun da yoxdur. "Bizdə bank qanunveriiliyi "Mərkəzi Bank", "Bank fəaliyyəti" və "Bank olmayan kredit təşkilatı" haqqında qanundan ibarətdir",- deyə iqtisadçı ekspert vurğulayıb.
Onun fikrincə, ölkədə istehlak kreditləri haqqında xüsusi qanun qəbul edilməlidir. "Bu, bütün ölkələrdə var. Rusiyada uzun müddətli müzakirələrdən sonra parlament buna müqavimət göstərirdi. Bu qanunun əsas üstünlüyü ondadır ki, orada bankların bütün öhdəlikləri geniş şəkildə göstərilir. "Bank fəaliyyəti haqqında" qanunda bankların öhdəlikləri deyil, hüquqları daha çox qabardılıb. Müştərilərə gəldikdə isə, müştərilərin öhdəlikləri qabardılır, hüquqları yox",- deyə Samir Əliyev vurğulayıb.
İqtisadçı-ekspert bildirir ki, bu qanunun olmaması müştərilərin həm də kredit müqavilələri bağlaması zamanı aldadılmasına mane olur: "Rusiyada istehlak kreditləri haqqında qanunda hətta müqavilənin dizaynı ilə bağlı da müddəalar yer alır. Yəni şriftlərin necə olması, məlumatların hansı şəkildə yerləşdirilməsi də qanunla müəyyən edilir. Bizdə isə şrifti o qədər kiçik edirlər ki, heç nə görmək olmur, lupasız oxumaq mümkün deyil".
Samir Əliyev həm də bu fikirdədir ki, bank müştərilərinin aldadılmasının, hüquqlarının pozulmasının qarşısını almaq üçün Azərbaanda maliyyə ombudsmanının yaradılmasına ehtiyac var. "Maliyyə ombudsmanı bir çox ölkələrdə var. Bunun əsas məğzi ondan ibarətdir ki, insanların problemləri çıxanda bu ombudsmana müraciət edir. Bu bir institutdur, məhkəmə deyil. Məhkəmədən kənar, məhkəməyə qədər olan dövrdə bank istehlakçılarının (vətəndaşların) hüquqlarını qoruyan bir institutdur. Bizdə indi kredit götürənlərin hüququ pozulan zaman onların müraiət edəcəyi yeganə qurum məhkəmədir. Məhkəmələr isə uzun çəkir. Məhkəmə üçün pul olmalıdır, ona vəkil tutulmalıdır və s. Amma maliyyə ombudsmanı pulsuz xidmət göstərir. Maliyyə ombudsmanı məhkəməyə qədər dövrdə bankların işinə müdaxilə edə bilər",- deyə Samir Əliyev vurğulayıb.