“QAYINATASININ HESABINA YAŞAYAN ANTİPOD, PARAZİT..." - "Onun övladlarının damarında ermənilərin qanı axır"


“Mənim davam onunla deyil, Ramiz Mehdiyevlədir”

Karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib. 
O, bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib. İ.Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib. O, R.Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.
Millət vəkili Fəzail Ağamalı Musavat.com-a açıqlamasında bildirdi ki, kürəkən cənab prezidentdən bağışlanması xahişini məlum toyla bağlı məlumatlar KİV-də gedən zaman etməli idi: “O, atmış olduğu addıma və törətmiş olduğu cinayətə görə dövlətdən, xalqdan üzr istəyər, bağışlanmasını rica edərdi. Amma bunu etmədi. Çünki qayınatası kimi hikkəlidir, içərisi kin-küdurətlə doludur. Ondan aldığı tərbiyə ilə hər kəsi aşağılamağı həyat tərzi seçib. Mənim və daha 5-6 nəfərin də adını çəkərək, bizi ünsür adlandırır. Şüurlu həyatımı Azərbaycan xalqının istiqlalına, dövlətçiliyinə həsr edən Azərbaycan vətəndaşıyam. Milyonlardan biri kimi dövlətimə, xalqıma xidməti özümə şərəf bilirəm. Tərcümeyi-halım şəffafdır. Övladlarımın damarında türk qanı axır. Tərtəmizdir. Həm ana, həm ata tərəfdən. Onun övladlarının damarında isə millətə düşmən ermənilərin qanı axır. Öncə bu haqda düşünüb, sonra danışsın”. 
Müsahibimiz qeyd etdi ki, yaradılmış şəraitdən istifadə edib, minlərlə insanın hüququnu pozan, malikanəsini alan R.Mehdiyev və kürəkəni xalqın böyük təpkisinə və haqlı tənqidinə tuş gəlib. 
“Bunu mən etmədim, xalqımıza da bu çağırışı mən söyləmədim” deyən deputatın sözlərinə görə, əksinə, bir neçə il bundan qabaq müşahidələri əsasında qələmə aldığı bir yazısında ölkədəki korrupsiya və rüşvətxorluq sistemi barədə yazmışdı: “Orda yazdığım arqumentlər lakonik şəkildə R.Mehdiyevin 4 məqaləsində və kürəkəninin dediklərində öz əksini tapır. Bunlar sanki xalqdan üstündülər. Xalq bunların bütün hikkələrinə, baş əyməlidir. “Doğru edirsiz” deyib, onların şan-şöhrət içində yaşamasına, qanunların tapdamasına göz yummalıdır. İnsanların çoxu sosial şəbəkədə R.Mehdiyevin portretini cızdı. Onun yaratdığı haqsızlıqlara uğramış insanlar efirə çıxıb, danışdılar. Bütün bunlar R.Mehdiyevin əməlləridir. Kürəkəni də bu gün ondan öyrəndiklərini ortaya qoyub”.

F.Ağamalı kürəkən İ.Əliyevin ona “xırda ünsür” deməsinə də münasibət bildirdi: “Dediyi söz ona daha çox yaraşır. O, daha çox xırda ünsürdür. Qayınatasının kölgəsində yaşayan ünsür, antipotdur. O, sağalmaz xəstəliyə düçar olan parazitdir. Görün bu adamın harınlığı və idarəolunmazlığı hansı səviyyədədir ki, onun haqqında düz və ya səhv məlumat yazan saytı öz adından cəzalandıracağını elan edir. Halbuki, deyə bilərdi ki, məhkəməyə müraciət edəcəm, hüquq çərçivəsində sözümü deyəcəm. Amma deyir, məhz özüm cəzalandıracam. Baxın, harınlığın və idarəolunmazlığın daha bir göstəricisi. Görünür ki, bu cür insanların törətdiyi cinayətlər araşdırılmalıdır, onların ayrı-ayrı vətəndaşların ixtiyarında olan mülkləri mənimsəməsinə hüquqi müstəvidə qiymət verilməlidir. Bu cür harın insanlar, Azərbaycan xalqının və dövlətinin hesabına parazitcəsinə milyonlar qazananlar Azərbaycan cəmiyyətindən, ictimai mühitindən uzaqlaşdırılaraq, qanun qarşısında layiqli və hüquqi cavablarını almalıdır”.
Deputat sonra R.Mehdiyevin kürəkəninə daha bir mesaj verdi. Bildirdi ki, onun R.Mehdiyevin kürəkəni ilə heç bir davası yoxdur: “Mənim davam Ramiz Mehdiyevlədir. Bu davam millətin bu günü və gələcəyi, milli dövlətçiliyimizin əbədi yaşarlığı üçün aparılan davadır”.

7-09-2020, 11:53