Hökumət bağçaların açılması barədə qərar verdi


Baş Nazir Əli əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.
Qərarda deyilir:
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il oktyabrın 1-dən;”; 1.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: 2 “1.1-1. ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;”. 2. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

9-09-2020, 11:22