Lukaşenkonun zorla deportasiya əməliyyatı – Müxalifət lideri pasportunu cırıb, özünü pəncərədən yerə atıb


Belarusda müxalifət bəyan edib ki, hakimiyyətin müxalifət liderlərindən biri Mariya Kolesnikovanı Ukraynaya deportasiya etmək cəhdi alınmayıb.
BBC xəbər verir ki, Belarusda saxlanmış müxalifət lideri pasportunu cırmaq və özünü onu aparan avtomobilin pəncərəsindən atmaqla hakimiyyət rəsmilərinin onu Ukrayna deportasiya etməsinin qarşısını alıb.
Sentyabrın 7-də Mariya Kolesnikova naməlum mülki geyimlilər tərəfindən zorla maşına oturdularaq aparılmışdı. Xanım Kolesnikova avtoritar prezident Aleksandr Lukaşenkonun istefasını tələb edən üçəsas lider qadından biridir.
Kolesnikovanın həmkarı Anton Rodnenkov qaçırılma əməliyyatınışərh edərkən deyib ki, qadını zorla maşının arxa oturacağına salıblar. O isə qışqırır heç yerə getmək istəmədiyini bildirirdi:"O maşının pəncərəsinə dırmandı vəözünü bayıra ataraq vüqarla Belarus ərazisinə doğru irəlilədi. O əsl qəhrəmandılr. Bunu başa düşmək lazımdır”. 
Rodnenkov deyib ki, o və başqa bir həmkarı sentyabrın 7-də oğurlanıblar. Onları maşınla binaların arasında gəzdirdikdən sonra qollarını bağlayaraq və başlarına kisə keçirərək dindiriblər.
Rodnenkov bildirib ki, sözü gedən şəxslər onları Kolesnikova ilə birlikdəölkədən çıxmağa məcbur etmək istəyirdilər. Onun sözlərinə görə Kolesnikova Ukrayna sərhədini keçməkdən imtina edib. Rodnenkov deyib ki, Kolesnikovanın hazırda harada olmasını bilmir.Rodnenkovun özü hazırda Kiyevdədir.

9-09-2020, 11:24