backend

Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd - 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd cəhdi olub, nəticədə 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Virtualaz.org bildirir ki, məlumatı "TOLOnews" telekanalı yayıb.
Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.
“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsələr də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - deyə Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında Birinci vitse-prezidentin mühafizəçiləri də var.