backend

Koronavirus xəstəsini təcili yardım maşınında zorladılar

Hindistanda koronavirus diaqnozu qoyulan gənc bir xanım xəstəxanaya yerləşdirilən zaman təcili yardım maşınında təcavüzə məruz qalıb.
Yenisabah.az xəbər verir ki, hadisə Kerala bölgəsində baş verib. 19 yaşlı qıza təcili yardım sürücüsü olan 29 yaşlı V.Noufal adlı şəxs təcavüz edib.
Polis tərəfindən nəzarətə alınan V.Noufalın təcili yardım lisenziyasına sahib olmadığı və dosyesinin çox “zəngin” olduğu ortaya çıxıb. Şəxs təcavüz etdikdən sonra qızdan üzr istəyib, daha sonra isə onu hədələyərək xəstəxanaya aparıb. Gənc qızın hadisəni xəstəxanadakı səlahiyyətlilərə izah etməsindən sonra Noufal həbs edilib.
Səhiyyə Nazirliyi hadisəni qınayarkən, səhiyyə rəsmilərindən biri COVİD-19 diaqnozu qoyulmuş xəstələrin toplu şəkildə xəstəxanaya yerləşdirildiyini söyləyib.