Əlihüseyn Mayılovun təyinatından qisa zaman keçsədə nəzarətində olduğu ərazilərdə xeyli işlər görür


Ağsu Mənzil Kommunal Təsərrüfatı Birliyinə sədr təyin edilən Əlihüseyn Mayılovun təyinatından qisa zaman keçsədə nəzarətində olduğu ərazilərdə xeyli işlər görür. İşə başladığı ilk günlərdən etibarən şəffaf idarəçilik üsulu seçən Mayılov böyük islahatlara imza atır. Beləki tabeliyində olan qurumda işə gəlməyən lakin dövlətdən maaş alanların işinə son verərək,əziyyət çəkən işçiləri isə yüksək qiymətləndirir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin tərkibinə daxil olan yaşayış binalarının qarşısında təmizlik işləri hər gün aparılır. Binaların təhlükəsizliyini və təmizliyini daima diqqət mərkəzində saxlayır. Bina sakinlərinin istirahəti üçün park yerləri ayrılıb və qısa zamanda istirahət parklarının salınması həyata keçiriləcək.
Təyin olduğu hər bir işdə məmur vəzifəsini şərəflə yerinə yetirən,işçilərinin daima hörmət və sevgisini qazanan Əlihüseyn Mayılova işlərində uğurlar arzu edirik.
Hazırladı Rüstəm Zahidoğlu
Xəbərçi.info

14-09-2020, 11:09