backend

Qubad İbadoğludan sensasion korrupsiya açıqlaması

Qubad İbadoğludan sensasion korrupsiya açıqlaması
















İqtisadçı-alim Qubad İbadoğlu korrupsiya faktları ilə bağlı sensasion açıqlamalar edib. O, bu bardə sosial şəbəkədəki səhifəsində yazıb və cədvəl yerləşdirib. Q.İbadoğlu yazıb:

"Bu gün beynəlxalq anti-korrupsiya günüdür. Odur ki, mən də öz növbəmdə Azərbaycanda korrupsiyanın azadılması işinə töhfəmi vemək üçün 2013-cü ilin məlumatlarını da daxil edib, güzgü statistikası metodologiyası əsasında yeniləşdirdiyim heablamalarımın nəticələrini təqdim edirəm. Hesablamalar Azərbaycanın əsas ticarət təfərdaşları olan 15 ölkədən Azərbaycana idxal məlumatları əsasında aparılıb. 2008-20013-cü illəri əhatə edən bu hesablamalara görə son 6 ildə qarşı tərəfin verdiyi məlumatlarla bizim rəsmi statistik məlumatlar arasında fərq 21,58 milyard dollar, il ərzində isə orta hesabla 3,6 milyard dollar təşkil edir. Son 6 ilin trend təhlili göstərir ki, fərqin dinamikası pozitivdir və ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb - 4,9 milyard dollar.

Daha geniş məlumatı aşağıdakı cədvəl məlumatlarından ala bilərsiniz.

Qubad İbadoğludan sensasion korrupsiya açıqlaması