backend

Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilir

Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Belta” yayıb.
Hazırda Müstəqillik Sarayında Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilir.
Mərasimə bir neçə yüz insan dəvət olunub. Onların arasında yüksək vəzifəli məmurlar, parlament üzvləri, dövlət orqanlarının təmsilçiləri, ictimai təşkilatların, KİV-lərin rəhbərləri, idman, mədəniyyət və elm adamları var.
Belarus Respublikası Konstitusiyasına müvafiq olaraq, prezident aşağıdakı məzmunda and içdikdən sonra vəzifəsinin icrasına başlayır: “Belarus Respublikası prezidentinin vəzifəsini qəbul edərək, Belarus Respublikası xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağıma və hörmət edəcəyimə, Belarus Respublikası Konstitusiyasına riayət və onu müdafiə edəcəyimə və mənə həvalə olunan yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə and içirəm”