backend

Aleksey Navalnı xəstəxanadan çıxdı - Həkimlər müxalifət liderinin tam bərpa olunacağına inanırlar

Kremlin tənqidçisi Aleksey Navalnı Almaniyada müalicə olunduğu xəstəxanadan buraxılıb. O, ötən ay Sibirdə təyyarədə özünü pis hiss edəndən bir neçə gün sonra Berlinə aparılmışdı.
Almaniya hakimiyyəti bu ölkədə, eləcə də Fransa və İsveçdə aparılan testlərin Navalnının Noviçok sinir qazıyla zəhərləndiyini göstərdiyini bildirib.
Qərb buna görə Rusiyadan izahat tələb etsə də Moskva təhqiqat başlatmaqdan imtina edib, bunun üçün yetərincə dəlil olmadığını deyib. Kreml məsələdəəli olmadığını bildirir. 
“Xəstənin vəziyyətinin kifayət qədər yaxşılaşması onun xəstəxanadan buraxılmasına imkan verib”, – "Charite" xəstəxanası sentyabrın 23-də yaydığı bəyanatda qeyd edir
“Xəstədəki irəliləyiş və mövcud vəziyyətinəəsaslanan müalicə həkimləri tam bərpanın mümkün olduğuna inanırlar. Amma onun kəskin zəhərlənməsinin potensial uzunmüddətli nəticələrini indidən deməyə tezdir”, – bəyanatda vurğulanır.
Navalnı Berlindəki xəstəxanada 32 gün qalıb, onun 24 gününü reanimasiya şöbəsində keçirib. (azadliq.org)