backend

Dəm qazı üç nəfəri öldürdü

Dəm qazı üç nəfəri öldürdü






















Lökbatan, Yasamal və Sumqayıtda faciə yaşandı

Son üç gündə üç nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, dekabrın 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Mənsurə Nuriyeva, dekabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Nadejda Zulitova-Loxonova, dekabrın 10-da Sumqayıt şəhərində yaşayan Samirə Zərbəliyeva mənzillərində dəm qazından boğularaq ölüblər.