backend

Bakıda tələbəni qanına qəltan etdilər

Bakıda tələbəni qanına qəltan etdilər






















Əliyev tutulub

Bakıda bıçaqlanma hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nadir Əhmədov küçəsi - 26 ünvanında yerləşən 64 saylı orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Əliyəddin oğlu Əliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 18 yaşlı Elmar İmran oğlu Novruzovu bıçaqlayıb. E. Novruzov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ş.Əliyev tutulub.

Polisdən E. Novruzovun Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbəsi olduğu bildirilib.