backend

ŞAD XƏBƏR! XANKƏNDİ artilleriya zərbələri altında - Şəhərin alınması an məsələsii!

Ordusunun düşmənin hərbi hədəflərinə hesablanmış dəqiq artilleriya zərbələri Xankəndində də eşidilir.

Qaynarxett.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayır.

Ermənistan KİV-nə istinadən xəbər verir ki, ermənistanlı ictimai fəal Daniel İoannisyan Vardenis-Ağdərə yolunun bağlandığını qeyd edib.
“Yerevandan Xankəndinə Vardenis-Ağdərə yolu ilə getmək mümkünsüzdür. Ona görə Gorus-Laçın yolu ilə getməyi məsləhət görürəm” – deyə o yazıb.
Artıq işğal altındakı ərazilərimizdəki erməni hərbi birliklərində təşviş başlayıb. Onlar müdafiənin dərinliklərində Azərbaycan Ordusunun dəqiq top atışları ilə erməni hədəflərini məhv etməsindən qorxuya düşdüklərini etiraf edirlər.

Azərbaycan Ordusunun artilleriya zərbələrinin Xankəndidə eşidildiyini Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da təsdiqləyib.