backend

Qayınana gəlini və nəvəsini necə öldürdüyünü danışdı – TƏFƏRRÜATLAR + FOTO

Qayınana gəlini və nəvəsini necə öldürdüyünü danışdı – TƏFƏRRÜATLAR + FOTO






















Şərqiyə 6 aylıq nəvəsi Emiliyanı boğaraq qətlə yetirib.

Dünən “Zığ bağları” yaşayış massivində baş vermiş ikiqat qətlin təfərrüatları məlum olub.

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

Xəbər verdiyimiz kimi, qayınana xüsusi qəddarlıqla öz gəlini və 6 aylıq nəvəsini öldürüb.

40 yaşlı Şərqiyə Hüseynova gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə birgə yaşayırmış.

Məişət münaqişəsi zəmnində Ş.Hüseynova E.Nəcəfovanın başına bir neçə dəfə zərbə endirib və o, aldığı kəllə-beyin travmasından hadisə yerində dünyasını dəyişib. Daha sonra evə daxil olan Şərqiyə Hüseynova 6 yaşlı nəvəsi Emiliyanı boğub.

Qeyd edək ki, qətl gecə saat 10 radələrində törədilib. Bu zaman qadınlar və uşaq evdə, onların ərləri isə işdə olublar. Qayınana və gəlin arasında məişət zəmnində münaqişə baş verib.

Münaqişə zamanı Hüseynova həyətə çıxıb və küçədən çaylaq daşı götürərək, evə qayıdıb. O, daşla bir neçə dəfə gəlininin başından vurub. Nəcəfova huşunu itirib. Daha sonra Hüseynova gəlinini boğub. Səsdən qorxmuş 6 aylıq uşaq ağlamağa başlayıb. Hüseynova yastığı götürərək, uşağı da boğub. Saxlanılarkən qadın guya uşağı sakitləşdirməyə çalışdığını və bunun üçün onun ağzını bağladığını bildirib.

Səs-küy eşidən qonşular polis çağırıblar. Hüseynova saxlanılıb. Onun barəsində ikiqat adamöldürməyə görə cinayət işi qaldırılıb.

Polisdən bildiriblər ki, qonşuların sözlərinə görə, Hüseynova xasiyyətcə sakit adam olub və çətin ki, münaqişəyə başlaya bilərdi. Fakt üzrə araşdırma davam edir.

09:28

Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, tükürpərdici qətl Suraxanı rayonunda baş verib.

Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə qalan, 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin zədəsi alan Elnarə Nəcəfova yerindəcə keçinib.

Bundan sonra hadisəni törədən Şərqiyyə Hüseynova evə girərək nəvəsi - 6 aylıq Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular dərhal polisə məlumat veriblər.

Hadisə yerində müayinə aparıldıqdan sonra cəsədlər Suraxanı rayonu Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya şöbəsinə aparılıb. Şərqiyyə Hüseynova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

Qayınana gəlini və nəvəsini necə öldürdüyünü danışdı – TƏFƏRRÜATLAR + FOTO