backend

Bakıda dəhşətli qəza: 3 nəfər öldü - FOTO + YENİLƏNİB

Bakıda dəhşətli qəza: 3 nəfər öldü - FOTO + YENİLƏNİB






















Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Ötən axşam Xəzər rayonunun Türkan qəsəbəsində 3 nəfərin ölümü və 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, “VAZ 2106” markalı avtomobilin sürücüsü qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirərək yol kənarında dayanan “MAZ” markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Onlar xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan 1966-cı il təvəllüdlü Saxəddin Hacıyevin, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərovun və 1993-cü il təvəllüdlü Cəlal İbiyevin cəsədini çıxarıblar. 1993-cü il təvəllüdlü Vüqar Hüseynov isə qəzadan yaralı olaraq qurtulub.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

10.12.2014

Bakıda ağır yol qəzası baş verib.

qaynarxett.az-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda “MAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb.

Hadisə yerində “VAZ” avtomobilinin sürücüsü və iki nəfər şəxsiyyəti məlum olmayan sərnişinlərin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:21-də başa çatıb.

Bakıda dəhşətli qəza: 3 nəfər öldü - FOTO + YENİLƏNİB

Bakıda dəhşətli qəza: 3 nəfər öldü - FOTO + YENİLƏNİB

Bakıda dəhşətli qəza: 3 nəfər öldü - FOTO + YENİLƏNİB