backend

Paytaxtda maraqlı hadisə: Evdə qazın yerinə su gəldi - VİDEO

Paytaxtda maraqlı hadisə: Evdə qazın yerinə su gəldi - VİDEO






















Onlar gözlərinə inanmayıblar.

Təsəvvür edin, qaz kranını açırsız və ordan su axır. Bu mənzərəyə paytaxtda bir neçə mənzildə rast gəlinib.

qaynarxett.az-nun ANS TV-yə istinadən məlumatına görə, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində yaşayan qonşular bu gün sürprizlə qarşılaşıblar. Qazı açanda gözlərinə inanmayıblar. Qaz yerinə su axıb.

Camalovlar ailəsi deyir ki, bu halla birinci dəfədir ki, qarşılaşırlar. Dəfələrlə qazı açıb yenidən bağlasalar da yenə eyni vəziyyətlə üzləşiblər. Vəziyyətin belə olduğunu görən qonşular müvafiq qurumlara müraciət ediblər.