backend

“Qarabağ”ın oyunu ərəfəsində qalmaqal – FOTO + VİDEO

“Qarabağ”ın oyunu ərəfəsində qalmaqal – FOTO + VİDEO






















Gürcü azarkeşlərlə münaqişə yaşandı.

“İnter”in Tofiq Bəhramov adına stadiondakı məşqi öncəsi insident yaşanıb.

qaynarxett.az musavat.com-a istinadən xəbər verir ki, Gürcüstandan gəlmiş bir qrup “İnter” azarkeşi stadionun mətbuat otağı yerləşən ərazisində plakatlar asmaq istəyiblər.

“Qarabağ” rəsmiləri bannerlərin sökülməsini istəsə də tərəfdarların narazılığı ilə üzləşiblər.

Yaşanan qısa müddətli insident polislərin müdaxiləsindən sonra yekunlaşıb. Bannerlər sökülüb.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, mübahisənin yaranmasına səbəb, plakatların düzgün yerdə açılmamasıdır:

“Plakatlar, şüarlar stadionda deyilməlidir. Futbolçular məşq edərkən 15 dəqiqə ərzində azarkeşlər onları izləyə bilərlər. Plakatlarını da orada aça bilərlər. Burada olmaz. Burada sadəcə jurnalistlər dayana bilərlər, azarkeşlərə olmaz. Burada başqa heç bir səbəb yoxdur”.

Gürcüstandan gəlmiş azarkeşlərin verdiyi məlumata görə, plakatlarda sadəcə “İnter”lə bağlı şüarlar yazılıb:

“Biz heç nə anlamadıq. Dedilər ki, sadəcə olmaz. Biz də plakatları sökdük. Kobud davranmadılar, amma belə də olmasını istəməzdik. Məqsədimiz “İnter”ə dəstək olmaqdır”.

Qeyd edək ki, “Qarabağ” - “İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.

“Qarabağ”ın oyunu ərəfəsində qalmaqal – FOTO + VİDEO