backend

Şamaxı əhli məmur özbaşınalığından cana doyub...

Şamaxı əhli məmur özbaşınalığından cana doyub...














Keçən saylarımızda Şamaxı rayonunda baş vermiş qanunsuzluqlar barədə silsilə yazılar dərc etmişdik. Yazılarda rayonda yerli məmurların sadə vətəndaşlara yuxarıdan aşağı baxmasından, onların hüquqlarının pozulmasından və icra başçısının acizliyindən bəhs olunurdu.

İcra başçısının qəbuluna şikayətə gələn qadınla bağlı redaksiyamıza yeni məlumat daxil olub və mənbəmiz qeyd edir ki, şamaxılılar rayonda baş verən məmur özbaşınalığından bezərək prezidentə açıq məktub yazmağa hazırlaşırlar:

"Həmin qadını bazarkomun polis leytenantı olan qardaşı oğlu Mikayılov Şahin Nəsir oğlu bazarın ortasındaca itələyərək yıxmışdı. Həmin vaxt, yəni 28 noyabrda hadisə yerindən 102 xidmətinə məlumat verilib və Şamaxı polis şöbəsindən çağırıb qadının izahatını alıblar. Qadın hadisəni olduğu kimi yazıb.
Bu günsə (10 dekabr-red.) Şamaxı rayon məhkəməsində onu çağıraraq qərar veriblər ki, siz də onları söyüb təhqir etdiyinizə görə 100 manat cərimə olursunuz. Halbuki məhkəmədə qarşı tərəfdən kimsə iştirak etməyib. Şahidlər bazarkomun qardaşı Şahseyran Mikayılovunsa məhkəmə işə başlamazdan əvvəl hakim Təranə Hüseynovanın otağından cıxdığını görüblər.

Belə hallar Şamaxıda adət halını alıb və demək olar ki, bütün vətəndaşlar ümidini hər yerdən üzüb. Şamaxıda millət cana- boğaza yığılıb. Şamaxılılarda boyük ruh dükünliyi var, dövlət məmurlarına qarşı böyük inamsızlıq yaranıb, verilən şikayətlərə baxılmır, yerdə məmurlar özləri bildiyi kimi də qərar verirlər, dövlət qanunlarına məhəl qoymurlar. Şamaxılılar saytınız vasitəsi ilə Cənab prezident İlham Əliyevə açıq məktub yazmağa hazırlaşırlar. Orada rayonda baş verən dəhşətli faktlar öz əksini tapacaq."

Rövşən İnqilab