backend

İsa Qəmbərlə Hikmət Hacızadə arasında maraqlı duel

İsa Qəmbərlə Hikmət Hacızadə arasında maraqlı duel












Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər şəxsi feysbuk səhifəsində yeni status paylaşıb. İsa Qəmbər statusunda qeyd edib ki, ABŞ senat komitəsi CİA-nin məhbuslara işgəncə verməsi barədə geniş hesabat açıqlayıb: “İşgəncələr əsasən xarici vətəndaşlara verilib, ABŞ vətəndaşlarına deyil. Bu hesabat isə məhz ABŞ dövlətinə, hakimiyyətinə, vətəndaşlarına xeyli problem yaradacaq. Bütün bunlara baxmayaraq ABŞ hakimiyyəti hesabatın açıqlanmasına dəstək verir, onu açıqlayanları “vətən xaini” adlandırmır. ABŞ prezidentlərindən biri C. Karter maraqlı bir söz demişdi: “ABŞ insan haqlarını yaratmayıb, insan haqları ABŞ-ı yaradıb.”

Ardınca İ.Qəmbər “bəlkə biz də insan haqlarının fundamental, universal və faydalı dəyər olduğunu qəbul edək, tətbiq edək və Azərbaycanımızı inkişaf etdirək?!. yazıb.
Müsavat Partiyasından istefa verən politoloq Hikmət Hacızadə isə İsa Qəmbərin statusunun altında ona maraqlı bir sual ünvanlayıb. Hikmət Hacızadə sualında bildirib: “Bəlkə insan azadlıqlarını partiyadada tətbiq edək, “onlar iqtidara işləyir”” gözəl ideyaları kanara qoyaq?”
Ancaq İsa Qəmbər Hacızadənin bu sualına cavab verməyib, əvəzində sabiq müsavatçının VIII qurultayda çıxışını özündə əks etdirən videonu paylaşıb. Lakin bu Hikmət Hacızadəni qane etmədiyi üçün, o, sualını yenidən təkrar edib.