backend

Ermənistan iqtisadi fəlakət içində: - “Bu vəziyyətdən çıxış olmayacaq”

Ermənistanın iqtisadiyyatı getdikcə çökür.

Hər sahədə olduğu kimi, iqtisadiyyat sahəsində də Ermənistanı mənfi nəticələr gözləyir. Müharibə Ermənistanın onsuz da bərbad durumda olan iqtisadiyyatını məhv edir.

Ekspertlər hesab edir ki, Ermənistanda səfərbərliklə bağlı işçi qüvvəsinin azalması və ölkə iqtisadiyyatının dağılmasının nəticəsi olaraq 2020-ci ilin sonuncu rübündə bu ölkədə gündəlik ÜDM-i 10,7 milyon ABŞ dolları və ya rüb ərzində 1 milyard ABŞ dolları dəyərində azala bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün daha bir zərbə olacaq. Onsuz da dağılmış iqtisadiyyatı yenidən bərpa edib dirçəltmək isə illər tələb edir. Bu isə sosial partayışların anonsudur.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Cebhe.info-ya açıqlamasında deyib ki, əgər Rusiyanın yardımı olmasa, bu gün Ermənistan dövlət kimi var ola bilməz:

“Ermənistan iqtisadiyyatı Rusiyadan dəstək alır. Lakin Ermənistan iqtisadiyyatının özü bütövlükdə quruluşuna görə effektiv deyil. Əgər Rusiyanın Ermənistana yanacaq məhsulları, kreditləri, pulsuz hərbi dəstəyi və digər yardımları olmasa, Ermənistan dövlət kimi bu gün mövcud ola bilməz. Rusiya ermənilər üçün Azərbaycan torpaqlarında dövlət yaradıb və yaratdığı gündən indiyədək hər işdə əli onun çiynindədir. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında açıq şəkildə dedi ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasından Ermənistan ordusuna silahlar verilir. Həmin o silahlar Laçın dəhlizi ilə Ermənistan ordusuna çatdırılır. Əgər Rusiyanın yardımı olmasa, Ermənistan bir dövlət kimi uçuruma yuvarlanar. Ermənistanın Ümumi Ticarət Dövriyyəsi 8 milyarda yaxındır. Bunlar Ümumi Ticarət Dövriyyəsində 5 milyardlıq idxal edirlər, 2.5 milyard isə ixrac edirlər. Yəni aradakı fərq 2.5 milyard dollardır. Yəni bunlar 5 milyard dollarlıq mal alıb, 2.5 milyard dollarlıq mal satırlar. Sual olunur kasıb Ermənistan aradakı 2.5 milyard dollar kəsiri necə bağlayır? Azərbaycana nəzər salaq: Biz aldığımızdan 70 faiz daha çox satırıq. Təbii ki, bu da ən çox neft və neft məhsullarının payına düşür. Ermənistan isə satdığının iki qatı qədər alır. Yəni bunların iqtisadiyyatı həmişə defisitlə üzləşir. Digər tərəfdən müharibə faktoru var. Müharibə Ermənistanı tamamən çökdürüb”.

Ekspert hesab edir ki, artıq Rusiya da Ermənistana yardım etməyəcək:

“Ermənistan Rusiyaya da əlavə yükdür. Bunu Rusiyanın bir sıra ekspertləri etiraf edir. Onlar Ermənistanın Rusiya üçün lüzumsuz bir yük kimi görürlər. Ruslar bir ağızdan deyir ki, Ermənistan kimi tərəfdaş bizə lazım deyil. “Bizə lazım deyil” fikirlərinin nəticəsi bu gün ortalıqdadır. Göründüyü kimi, Rusiya Dağlıq Qarabağ məsələsində neytral mövqe tutur. Rusiya Ermənistana deyir ki, müstəliq dövlət olduğunuzu iddia edirsinizsə, gedin müstəqil müharibənizi edin, görüm necə edirsiz. Başqa bir fakt deyim. Azərbaycan ordusu Ermənistanın 6 ədəd “S-300” raket sistemini zərərsizləşdirib. Onun birinin qiyməti 250 milyon dollardır. Altısının ümumi dəyəri 1.5 milyard dollar edir. 1.5 milyard dollar Ermənistanın ümumi büdcəsinin 33 faizinə bərabərdir. Hələ biz digər texnika və silahları saymırıq. Yalnız 6 ədəd “S-300” raket sistemini hesabladıq. Bu Ermənistan iqtisadiyyatı üçün fəlakətdir. Bu fəlakətdən Ermənistanı Rusiya xilas edir. Heç şübhəsiz ki, Rusiya o silahları Ermənistana kredit adı altında pulsuz verir. Ermənistan hazırda kənardan 5-10 milyon dollarlıq silah almaq gücündə olmayan bir dövlətdir. Ona görə də bu müharibə təkcə ermənilərin 30 il ərzində işğal altında saxladığı torpaqlardan rədd olub getməsi demək olmayacaq. Bu müharibə həm də Ermənistanın çöküşü olacaq. Bunu Ermənistandan kənardakı reallığı görən erməni siyasətçilər də etiraf edir. Artıq Rusiya da ona əl tutmayacaq. Çünki özünün də iqtisadiyyatı və daxilindəki gərgin vəziyyəti buna imkan vermir. Ona görə də Ermənistanda başlayan iqtisadi çöküş daha da dərinləşəcək. Bu gün Ermənistan siyasi hakimiyyəti reallığı görüb, onunla barışsalar, bu böhrandan bəlkə də nisbətən yüngül şəkildə qurtula bilərlər. Artıq müharibənin taleyi həll olunub. Ermənistanın sona qədər getmək istəyi müharibənin deyil, onların öz sonu olacaq”.

F. Yusifov 2020-ci ilin sonuncu rübündə Ermənistanın qarşılaşacağı vəziyyətdən də danışıb:

“Bu ilin sonuncu rübündə Ermənistan büdcəsində çox böyük kəsir əmələ gələcək. Çox ciddi maliyyə çətinliyi yaranacaq. Qiymətlərdə kəskin şəkildə artım müşahidə olunacaq. Sosial proqramların reallaşdırılması ilə bağlı çətinliklərlə üz- üzə qalacaqlar və bütövlükdə ilin yekun nəticələrində iqtisadiyyatda milyardlarla itki qeydə alınacaq. Bu vəziyyətdən çıxış olmayacaq. Çünki belə bir dövlətə kimsə kredit verməyəcək”.