backend

Oliqarxlar rayonları necə bölüşdürüb?

Oliqarxlar rayonları necə bölüşdürüb?

















Hakimiyyətdəki oliqarx məmurların arasında baş qaldıran ziddiyyətlərin əsas səbəblərindən biri də Azərbaycan rayonlarını ələ keçirmək uğrunda aparılan mübarizədə maraqların toqquşmasıdır

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, İlham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, nəqliyyat naziri Ziya Məmmədov, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev və digər iri çəkili məmurların "fəaliyyəti” yalnız biznes sahələrini monopoliyaya almaqla məhdudlaşmır. Onlar həm də rayonları ələ keçirərək şəxsi mülkiyyətə çevirmək uğrunda "mücadilə” verirlər. Hazırda ölkənin əksər rayonlarına bir neçə oliqarx nəzarət edir. Rayonların bu və ya digər məmurun nəzarətində olmasını icra başçılarının hansı oliqarxın yaxın çevrəsinə daxil olması ilə müəyyənləşdirmək mümkündür. Hansısa rayonun icra başçısı məsələn, Kəmaləddin Heydərova yaxın şəxsdirsə, bu, o deməkdir ki, həmin rayonda fəaliyyət "fövqəlnazir”in maraqlarına uyğun şəkildə təşkil edilməlidir. Bu mövzuda cumhuriyyet.az olaraq apardığımız araşdırmanın nəticəsində oliqarxların nəzarətində olan rayonların tam olmayan siyahısını əldə etmişik. Buyurun tanış olun.

Bəylər Əyyubovun nəzarətində olan rayonlar

1. Abşeron - Bu rayonun icra başçısı Zakir Fərəcov Bəylər Əyyubovun yaxın çevrəsinə daxildir. Icra başçısı olmazdan əvvəl Sumqayıtın bələdiyyə sədri olub. Kürd kökənli olduğu bildirilir. Bəylər Əyyubovun hesabına neçə ildir ki, vəzifədə qala bilib.
2. Gəncə - İcra başçısı Elmar Vəliyev, hərbi prokuror Xanlar Vəliyevin qardaşıdır. Vəliyevlər də hakimiyyətdəki "kürd qruplaşması”nın üzvüdür, yəni, Bəylər Əyyubovun patronajlığı altında fəaliyyət göstərirlər. Elmar Vəliyev əvvəllər Yevlaxın icra başçısı olub.
3. Daşkəsən - İcra başçısı Əhəd Abıyevin Bəylər Əyyubova yaxın şəxs olduğu heç kimə sirr deyil. Əhəd Abıyev bundan əvvəl deputat olub. Deputatlıq karyerasının sonunda Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt ittihamlar səsləndirdiyinə görə 2010-cu ildə YAP-ın siyahısından kənarda saxlanılıb. Bir qədər sonra Bəylər Əyyubovun iradəsilə Daşkəsənə icra başçısı təyin edilib.
4. Göygöl - Uzun müddətdir ki, bu rayonun icra başçısı Arif Seyidovdur. Mətbuatda onun fəaliyyəti ilə bağlı çoxsaylı tənqidi yazıların dərc olunmasına baxmayaraq, Ilham Əliyev Bəylər Əyyubova görə onu yerindən tərpədə bilmir.
5. Tərtər - Bu rayona bir neçə aydır ki, yeni icra başçısı təyin edilib. Bu, Yevlaxən icra başçısının müavini olmuş Müstəqim Məmmədovdur. Bu şəxs də nüfuz dairəsinə daxildir.
6. Yevlax - Rayonun icra başçısı Qoca Səmədovun Elmar Vəliyevlə qohumluq əlaqələrinin olduğu deyilir. Elə onun vasitəsilə də Bəylər Əyyubovun yaxın çevrəsinə daxil ola bilib.
7. Saatlı - Icra başçısı Siraqəddin Cabbarovun Bəylər Əyyubovun təqdimatı ilə bu posta təyin olduğu deyilir.
8. Laçın - İcra başçısı Akif Səlimovun Abşeronun icra başçısı Zakir Fərəcovla isti münasibətlərinin olduğu bildirilir. Onun vasitəsilə Bəylər Əyyubova "biət” edib.

Kəmaləddin Heydərovun nəzarətində olan rayonlar

1. Yardımlı - İcra başçısı Sevindik Hətəmov. Kəmaləddin Heydərovun təqdimatı ilə bu posta yiyələnib.
2. Masallı - İcra başçısı Rafil Hüseynov. Hətta özü də rayonda Kəmaləddin Heydərovun adamı olduğunu gizlətmir.
3. Sabirabad - İcra başçısı Nazim İsmayılov. Bundan əvvəl Şamaxının icra başçısı olub. Kəmaləddin Heydərova yaxın şəxsdir.
4. Lənkəran - İcra başçısı Taleh Qaraşov "fövqəlnazir”in kadrı kimi tanınır.
5. Qaradağ - İcra başçısı Süleyman Mikayılov. "Çakır Süleyman” kimi tanına bu adam həmkarı Qəzənfər Ağayev kimi Kəmaləddin Heydərova yaxın şəxs olduğunu açıq-aydın deyir.
6. Astara - İcra başçısı Qəzənfər Ağayev. "Fövqəlnazir”in yaxın çevrəsinə daxildir.
7. Salyan - Rayonun əvvəlki icra başçısı Əlağa Hüseynov deputat mandatı alandan sonra K.Heydərovun adamı sayılan Tahir Kərimovla əvəzlənib.
8. Qobustan - İcra başçısı Adil Məmmədov .
9. Qəbələ - İcra başçısı Səbuhi Abdullayev. Bu rayonun Kəmaləddin Heydərovun şəxsi mülkü olduğunu bilməyən yoxdur.

Nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan rayonlar

1. Quba - İcra başçısı Mübariz Ağayev. Ziya Məmmədovun təqdimatı ilə bu vəzifəyə təyin edilib.2. Kəlbəcər - İcra başçısıAqil Məmmədov. Ziya Məmmədovun sağ əli Cavid Qurbanova yaxın şəxsdir.
3. Göyçay - İcra başçısı Mənsur Məmmədov. Ziya Məmmədovun xalası oğludur.
4. Ucar - İcra başçısı Yaşar Məmmədov. Bu rayon Ziya Məmmədovun doğma rayonudur. Uzun illərdir ki, nəqliyyat nazirinin nəzarətindədir.
5. Zərdab - Icra başçısı Lütfəli Babayev.
6. Mingəçevir - Icra başçısı Niyazi Bayramov.
7. Goranboy - Icra başçısı Nizaməddin Quliyev.

***
Sumqayıt - İcra başçısı Eldar Əzizovun Prezident Adminstrasiyasında yüksək post tutan Zeynal Nağdəliyeva yaxın olduğu deyilir.
Lerik - İcra başçısı Rövşən Bağırov. Rövnəq Abdullayevə yaxın şəxs olduğu deyilir. Lerikdə ARDNŞ prezidentinin bir sıra iri obyektləri var. Bu sırada, xüsusilə "Relaks” Istirahət Mərkəzini qeyd etmək olar.
Hacıqabul - icra başçısı Əhməd Muxtarov Rövnəq Abdullayevə yaxın şəxs hesab olunur.
Zaqatala - İcra başçısı Mübariz Əhmədzadə. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır. Əhmədzadələr Rövnəq Abdullayevlə eyni komandadadırlar.
Şirvan -İcra başçısı Mərdan Camalov. Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Bu baxımdan Şirvan Camalovların şəxsi mülkiyyətinə çevrilməkdədir.
ŞəmkirAlimpaşa Məmmədov. Vergilər naziri Fazil Məmmədova yaxın şəxs hesab olunur.
Cəbrayıl - Mahmud Quliyev. "Qaçqınkom” sədri Əli Həsənovun yaxın adamıdır.
Tovuz - İcra başçısı Tofiq Zeynalov Ramiz Zeynalovun qardaşıdır.
Bir daha qeyd edək ki, bu, hələ tam siyahı deyil. Həmçinin əlavə edək ki, ölkədəki biznes sahələri də təxminən bu şəkildə oliqarxlar arasında bölünüb. Növbəti saylarımızda Azərbaycandakı biznes sahələrinə hansı oliqarxların nəzarət etdiyini oxucuların diqqətinə çatdırmağa çalışacağıq.