backend

Gürcüstanla sərhəddə daha iki keçid məntəqəsi yaradılır

Gürcüstanla sərhəddə daha iki keçid məntəqəsi yaradılır
























Nazir müavini açıqlama verdi

Azərbaycanın Gürcüstanla sərhədində gəliş-gedişi asanlaşdırmaq üçün daha iki sərhəd-keçid məntəqəsinin yaradılması planlaşdırılır.

qaynarxett.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Nazir müavininin sözlərinə görə, ehtiyacın olması səbəbindən bu gün yeni sərhəd-keçid məntəqələri açılır:

“Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir. Münasibətlərimiz daha da inkişaf edir. Qarşılıqlı səfərlərin sayı artır. Bununla əlaqədar yeni sərhəd-keçid məntəqələrinin yaradılmasına ehtiyac var”.