backend

Gülənçilərə qarşı yeni dalğa: "Samanyolu TV" rəhbərliyi həbs edildi

Gülənçilərə qarşı yeni dalğa: "Samanyolu TV" rəhbərliyi həbs edildi
















İstanbulda və Türkiyənin bəzi bölgələrində başladılan "Paralel dövlət" əməliyyatı ilə bağlı təhlükəsizlik gücləri bir çox ünvanlara eyni vaxtda müdaxilə ediblər.

"Paralel dövlət" istintaqında aralarında polis və media nümayəndələrinin də olduğu 32 nəfərin haqqında həbs qərarının olduğu və onlardan 8 nəfərinin artıq həbs edildiyi bildirilir.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, jandarma və polis qüvvələri bu gün saat 08:00 radələrində "Samanyolu TV"-də yayınlanan "Sungurlar" və "Tək Türkiyə" seriallarının prodüsseri Saleh Əsanın evinə gediblər. Və bir qədər sonra S.Əsa həbs edilərək polis idarəsinə aparılıb.

Eyni saatlarda yenə "Samanyolu TV"-də yayınlanan "Sungurlar" serialının rejissoru Əngin Qoç öz evində həbs olunub. Həbs edilənlər arasında "Tək Türkiyə" serialında əsas rolllardan birinin ifaçılarından olan aktyor Haseki Təhsilin də olduğu vurğulanır.

Bu gün səhər 09:15 sıralarında isə polislər Fətullah Gülənə yaxın olması ilə tanınan "Zaman" qəzetinin binasına da gediblər. Binanın qarşısında və içində ciddi etirazlarla qarşılaşan polislər əməliyyatı yarımçıq kəsərək qəzetin ofisindən ayrılıblar. "Zaman" qəzetinin rəhbəri Əkrəm Dumanlının evində də axtarışların aparıldığı bildirilir (musavat.com).

Səhər saatlarında polis qrupları "Samanyolu TV"-nin binasına da gediblər. "Samanyolu TV"-nin rəhbəri Hidayət Karaca Cüyür ifadə vermək üçün İstanbul Polis İdarəsinə aparılıb.

14 dekabr reydləri ilə əlaqədar olaraq İstanbul Təhlükəsizlik İdarəsi ətrafındakı yollar nəqliyyata qapadılıb.

"Zaman" qəzetinin baş redaktor müavini Əkrəm Dumanlı mətbuata açıqlama verib: "Haqqımızda istintaq başladığını eşidəndə twitterdə bildirdik ki, biz burdayıq, buyurun gəlin".

Ə.Dumanlı polis rəsmilərinə səslənib: "Haqqımda həbs qərarı çıxarıbsınız. Buyurun gəlin, əvvəl bir çayımızı için. Sonra hara gedəcəyiksə, gedək. Allah haqqın yanındadır. Bu günlərimiz də keçər. Demokratiyamıza sahib çıxaq".

"Samanyolu" televiziyasının yayım qrupunun rəhbəri Hidayət Karaca da polisə çağrılıb. O, binadan çıxanda jurnalistlərə açıqlama verib. O bildirib ki, nədə ittiham olnuduqlarından xəbərsizdir: "Bazar günü istirahət edəcəkləri halda bizə görə narahat olanlardan üzr istəyirik. Amma nə edək ki, bura Türkiyədir?! Demokratiyaya görə bəzən bədəl ödənməlidir. Bu, bədəldirsə, millətimizə fəda olsun".

qaynarxett.az saytı Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Fətullah Gülənə yaxınlğını gizlətməyən millət vəkili Hakan Şükür "14 dekabr əməliyyatı"nda saxlananlara dəstəyini göstərib. O, öz twitter hesabında "Nə qədər böyük bir rüşvət iddiası var ki, "rüşvət həftəsi"ndə gündəm dəyişdimək üçün insanları uydurma əməliyyatlarla həbs edirlər", "Türkiyə Cümhuriyyəti mətbuat azadlığına zərbə ilə oyandı. Həm də zərbə dövrlərini aratmayan bir zərbə ilə ...", "4-14 dekabr türk mediyası tarixinə qara gün kimi keçəcək. Tarix bunu yazacaq" - deyə twitlər atıb.

Ötən ilin 17 dekabrında Türkiyənin iki ən böyük şəhərində - İstanbul və Ankarada korrupsiya ilə bağlı əməliyyat keçirilmişdi. O vaxt daxili işlər, iqtisadiyyat, ətraf mühitin qorunması və şəhər salma işləri üzrə nazirlərin oğulları və tanınmış iş adamları həbs olunmuşdu. Türkiyə mediası həbs olunanların sayının ümumilikdə ən azı 84 olduğunu yazırdı.

"Böyük rüşvət" əməliyyatında həmin dövrdə baş nazir olan Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın İdarə Heyətinin üzvü olduğu Türkiyə Gənclik və Təhsilə Xidmət Fondunun da adı hallanırdı.