Bakıda bomba həyəcanı yaşanıb.Məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin binası yaxınlığında salınmış parka bomba qoyulması barədə məlumat hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.
Hüquq-mühafizə orqanlarının parkda apardığı axtarışlar məlumatın yalan olduğunu üzə çıxarıb.
Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, yalan məlumat verən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.