backend

Başçı tərki-libas olub?

Başçı tərki-libas olub?














Binəqədi rayon icra aparatının başçısı Xaləddin İsgəndərov son zamanlar gözə dəymir

Səbəbi də bilinmir. Deyilənə görə "Təmiz Binəqədi" layihəsinin aqibətindən narahatlıq keçirərək düşüncə dənizində yelkənli qayıqla yaşıl adalardan birinə sarı istiqamət alıb. Amma Binəqədi rayon icra aparatında bu vaqeədən bir kimsənin xəbəri yoxdu. Çünki, Binəqədidə torpaq qıtllığı yaranıb. Bir yandan da mərtəbəsi 4-5 min manata ev tikənlərin sayı günbəgün azalır. İndi Xaləddin müəllim bu qıtlığı da təcili qaydada aradan götürmək üzərində düşünməlidir. Başçının başı bax belə mühüm işlərə qarışıb. Ona görə də gündüzlər gözə dəymir. Gecələr isə öz mübarək vəzarətiynən tərki-libas olub düşür Binəqədi çöllərinə ki, görsün, hərraca qoymağa torpaqdan savayı daha nə var.