backend

Müdirin "faiz" yükündən daha nə xəbər var?

Müdirin  "faiz"  yükündən daha nə xəbər var?























Masallı təhsil şöbəsinin müdiri Astan İbişov bəzi direktorları yenə də sıxma-boğmaya salıb

Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişovun “faiz” məsələsi yadınızdadır? Nədənsə rayonda bu xəbərə münasibət bildirən tapılmadı, camaatdan savayı. Yoxsa həmişəki kimi bacanaq amili rolunu oynadı? Masallının baş pedaqoqunun faizə pul götürməsinin təfərrüatları bizə bəlli olmadığından bu barədə əlimizdə hələlik konkret məlumat yoxdur. Ona görə də, çalışırıq ki, rayondakı alternativ mənbələrlə əlaqə saxlayıb məsələni dəqiqləşdirək. Əslinə qalsa, bu dəqiqləşdirməni hələ bir neçə il öncə Masallı rayonunun əlaqədar orqanları aparmalıydılar. Yoxsa bizə nə düşmüşdü ki, Astan müəllim kimi hörmətli bir adamın faiz məsələsini qəzet səhifəsinə çıxaraq. Rayon camaatı icra strukturlarından gözlənilən reaksiyanını olmamasını əsas gətirərək mətbuat orqanlarına üz tutmalı olublar. Onları da qınamaq olmur. Astan müəllim bazar adamı olsaydı, bu işə bizim qarışmağımız düzgün çıxmazdı. Allaha şükürlər olsun ki, Astan İbişov rayon təhsil şöbəsinin müdiridir. Rayondakı təhsil müəssisələrinin başında durur. Ona görə də Astan müəllimin ən kiçik problemi Masallı camaatı ilə bir yerdə belə bizim hamımızı çox ciddi düşündürməlidir. İş burasındadı ki, deyilənə görə Astan müəllimin faiz yükünü rayon müəllimləri çiyinlərində daşımalı olublar. Zarafat deyil, rayonda fəaliyyət göstərən 60-dan artıq məktəbin hər birnin direktoru kiminsə əvəzinə ayda faiz ödəmək məcburiyyətində qalıb. Faizin ümumi məbləği direktorlar arasında necə bölüşdürüb, bilmirik. Hər halda, ümid edirik ki, bu iş insafla görülüb. Çünki, direktorların gəlirindən də çox şey asılıdır. Eləsi var ki, aylıq qazancı heç 300 manat deyil. İndi bunun hamısını versin faiz hesabına, özü də qalsın qamış sümürsün?