backend

AMİ-nin Şamaxı filialında kitab alveri

AMİ-nin Şamaxı filialında kitab alveri













İcra başçısının göstərişi ilə tələbələrə satılmış kitabları geri yığırlar

Şamaxıda artıq bir neçə gündür davam edən «kitab karuseli» məsələsi qalmaqala çevrilib. Jam.az-a verilən məlumata görə, rayonda təhsil və səhiyyə işçilərindən başlayan proses ilk olaraq qəzet və jurnallara abunə şəklində təzahür edib. Daha sonra isə bura kitablar da əlavə olunmağa başlayıb.

Rayondan gələn məlumatlarda deyilir ki, təhsil şöbəsinin müdiri artıq bütün orta məktəblərdən abunə üçün yığdığı 20 manatları «sahiblərinə» çatdırıb. Kitabları da müəllimlərə zorla satdıran şöbə müdiri bir neçə gündən sonra onları geri yığdırmağa başlayıb. Səbəb kimi də onu göstərib ki, həmin kitablar Şamaxı İcra Hakimiyyətinə təhvil verilməlidir. Amma bunun hansı məqsəd daşıdığı isə kimsəyə məlum deyil.

Həmin bilgilərə görə, prosesi nəzarəti altında saxlayan icra başçısının müavini Qasım Qasımovun təlimatına əsasən həmin kitablar yığıldıqdan sonra digər idarə və müəssisənin işçilərinə də satılır. Yəni, məqsəd bir kitabla daha çox pul qazanmaqdır.

Maraqlı məqamlardan biri də odur ki, «kitab karuseli» artıq Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialına da gəlib çatıb. Bir neçə gün əvvəl tələbələrə və müəllimlərə satılmış kitablar tez bir şəkildə geri alınmağa başlayıb. Onlara bildiriblər ki, yıtılan kitablar İcra Hakimiyyətinətoplanılacaq və onları icra başçısının istədiyi vurğulanır.