backend

“Bu, türk dövlətçiliyinə xəyanətdir”

“Bu, türk dövlətçiliyinə xəyanətdir”


















“Ermənistanla sərhəd açılımı məsələsinin müzakirə xətrinə belə olsa gündəmə gətirilməsi çox yanlışdır”.

Bu sözləri axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.
Analitikin sözlərinə görə, Ermənistan Xarici İşlər nazirinin son davranışı onu deməyə əsas verir ki, bu məsələ gündəmə gələ bilməz:

“Ermənistanın Xarici İşlər naziri Eduard Nalbadyanın mətbuat konfransında türkiyəli həmkarı Mövlud Çavuşoğlunun bəzi şərtlər daxilində Ermənistanın regional layihələrə cəlb olunmasının mümkünlüyü barədə açıqlamasını şərh edərkən rəsmi Ankaranın ünvanına sərt ittihamlar səsləndirməsi bir daha onu sübut edir ki, bu iki ölkə arasında sərhəd açılımı məsələsi gündəmə gələ bilməz. Nalbandyanın Türkiyəni Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olmamaqda günahlandırması siyasi riyakarlıqdan başqa bir şey deyil. Bir tərəfdən qondarma soyqırımla bağlı təbliğatını gücləndirən İrəvanın digər tərəfdən Ankaranı nədəsə ittiham etməsi absurddur. Bildiyimiz kimi, Ermənistan hətta konstitusiyaları səviyyəsində Türkiyəyə ərazi iddiası ilə çıxış edir və dövlət atributlarında da bu gülünc iddianı təsbit edən simvollar əks edilib. Bu səbəbdən Türkiyənin mövcud iqtidarının hər hansı bir şəkildə Ermənistanla sərhədləri açacağına ehtimal etmək istəməzdim. Hətta hesab edirəm ki, bu məsələnin müzakirə xətrinə olsa belə gündəmə gətirilməsi yanlışdır və belə bir şeyin reallaşacağı təqdirdə, birmənalı olaraq bu, türk hissiyyatına və türk dövlətçiliyinə xəyanət kimi qiymətləndirilməlidir”.