backend

Sərdar Cəlaloğludan Rəsul Quliyevə cavab verdi: “Özün gəlib deyə bilmirdin?!”

Sərdar Cəlaloğludan Rəsul Quliyevə cavab verdi: “Özün gəlib deyə bilmirdin?!”



















“Rəsul Quliyev sədr olanda da, biz Əli Həsənovla 6-7 dəfə görüşmüşük. Həmin dialoqdan sonra heç bir mandatlıq əldə etmədik. Çünki biz özümüz bunu istəmirdik. Ümumiyyətlə, cəmiyyətdə ayrı-ayrı qurumların addımlarına, səylərinə qısqanclıqla yanaşmaq düzgün deyil. Biri mitinq edir, biri xaricdə oturub iqtidarın əleyhinə çıxış edir. Biri də dialoq edir”


Bunu ADP sədri Sərdar Cəlaloğlu keçmiş spiker Rəsul Quliyevin ittihamlarına cavab verərkən deyib. Onun sözlərinə görə “palaza bürün, ellə sürün” psixologiyasından çıxmaq və fərqli yollar axtarmaq lazımdır. “Elə müxalifət özü də fərqli ideologiyalar düşünməlidir. Əli Həsənov gəldi oturdu, diqqətlə qulaq asdı. Çıxışların hamısından bir-bir qeydlər götürdü. Sonda da dedi ki, bu məsələləri ölkə prezidentinin diqqətinə çatdıracaq və aidiyyatı orqanlarda məsələ müzakirə olunacaq. Ona görə də Rəsul Quliyevin ittihamları tamamilə yanlışdır. Təəssüflər olsun ki, elə müxalifətdə də bu yanaşma var. Deyirlər xalqı satdınız”,-deyə ADP sədri bildirib. .
Sərdar Cəlaloğlu dialoqun detallarından danışarkən deyib ki, görüşdə “siyasi məhbus” məsələsi qaldırılıb və həbs olunan fəalların azadlığı tələb olunub. O, Rəsul Quliyevə də bu təşəbbüslə çıxış etməsi tövsiyəsini verib:
“Siz də gəlib deyərdiniz ki, “siyasi məhbus” var və onları azad edin Biz bilavasitə məsul şəxsə deyirik ki, azad elə. Burda siz niyə qısqanırsız, bizi hökumətin adamı adlandırırsız?! Mən bunları başa düşə bilmirəm. Elə başa düşürlər ki, söyüşlə qanla deyilsə, hər şey daha yaxşı olar. Elə bir insanlar bunu istəyirlər. Mən də onlar kimi mitinqə çıxmıram, gedib birbaşa sözümü deyirəm. Görüşdə Azərbaycanda siyasi islahatlar aparmaqla bağlı təklif də etdik. Bizim istədiyimiz budur. Siyasi dialoqla bağlı yanlış fikir ondan ibarətdir ki, tərəflər bu bu dialoqdan maksimum bəhrələnmək istəyir. Bu tamam yanlışdır. Dialoq o məsələlərlə bağlı olmalıdır ki, ortaq məqsəd var. İqtidar müxalifət marağı bərabərdir. Qarabağı biz də, iqtidar da qorumaq istəyir. Biz bu məsələdə niyə düşmən olaq? Biz digər partiyaları da bura dəvət etdik ki, hamımız birgə gedək. Sən getmək istəmirsən, mən gedirəm. Mən bu görüşə getməyib, kabinetimdə oturub bəyanat yaxşıdır, yoxsa ora gedib, müzakirələrdə iştirak etmək?! O arxayın olsun ki, Əli Həsənov bizə heç bir mühazirə oxumadı. Çox qısa çıxış etdi”
Eks-spiker Rəsul Quliyev moderator.az saytına iqtidar-müxalifət dialoqunu şərh edərkən tənqidi fikirlər səsləndirib. Rəsul Quliyev bildirib ki, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla bəzi müxalifət partiyalarının görüşü formal xarakter daşıyır.
Keçmiş spiker görüşdə iştirak edən bəzi partiya sədrlərinin gələcəkdə parlamentdə deputatlıq mandatı qazanacağını da söyləyib.