backend

General 9 yüksək rütbəli polisi işdən çıxartdı - YENİLƏNİB

General 9 yüksək rütbəli polisi işdən çıxartdı - YENİLƏNİB






















Mirqafar Seyidov əmr imzaladı.

Bu gün Daxili İşlər Nazirliyində Bakı Şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, işdə yol verdikləri ciddi nöqsanlara görə Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş tutduqları vəzifələrdən azad olunublar.

Qeyd olunmalıdır ki, yoxlama Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparılıb.

14:27

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı müvafiq əmrlərlə BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev, onun müavini Mövsüm Qurbanov, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırov və Katibliyin rəisi Namiq Aslanov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.