backend

2014-cü ildə 128 jurnalist qətlə yetirilib

2014-cü ildə 128 jurnalist qətlə yetirilib






















Onların çoxu yaraqlıların hücumu nəticəsində həlak olub.

2014-cü ildə 32 ölkədə 128 jurnalist həlak olub.

qaynarxett.az xəbər verir ki, bu barədə BMT nəzdində fəaliyyət göstərən, baş qərargahı Cenevrədə yerləşən Press Emblem Campaign (PEC) QHT-nin illik hesabatında bildirilib.

Məruzədə deyilir ki, jurnalistlərin əksər ölüm sayı Yaxın Şərqin payına düşür. Jurnalistlərin çoxu Fələstin, Suriya, İraq, Pakistan və Ukraynada qaynar nöqtələrdə öz xidməti borclarını yerinə yetirərkən həlak olublar.

Jurnalistlərin həlak olduğu ölkələrin siyahısına Qəzza başçılıq edir, burada son il ərzində israillilərin hücumu nəticəsində 16 jurnalist dünyasını dəyişib.

Qəzza bölgəsinin ardınca 13 jurnalistin həlak olduğu Suriya, 12 jurnalistin həlak olduğu Pakistan və 10 jurnalistin həlak olduğu İraq gəlir.

Sənəddə eləcə də dünyada jurnalistlər üçün ən təhlükəli regionun İraq olduğu qeyd edilib. Burada jurnalistlərin çoxu “İraq və Şam İslam Dövləti”nin yaraqlılarının hücumu nəticəsində həlak olub.

Ukraynada qarşıdurmalar nəticəsində 9 jurnalist həlak olub, sənədin müəllifi onlardan 4-nün Rusiya vətəndaşı olduğunu bildirib.

Bundan başqa, ötən il ərzində Meksikada 8, Əfqanıstanda 6, Honduras və Somalidə 5, Braziliyada 4 və Mərkəzi Afrika Respublikasında 4 jurnalist vəfat edib.