backend

“Fəlakət” də “intihar körpüsü”nə çıxdı

“Fəlakət” də “intihar körpüsü”nə çıxdı






















Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bu gün Bakıda daha bir şəxsin metronun “Koroğlu” stansiyası yaxınlığında xalq arasında “intihar körpüsü” kimi tanınan yerdən özünü atmaq istədiyi barədə məlumat yayılıb. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub.

qaynarxett.az xəbər verir ki, araşdırma nəticəsində hadisənin əslində yazılan kimi olmadığı məlum olub.

Belə ki, “intihar körpüsü”nə çıxan şəxs doğrudan da var, lakin bu, ATV telekanalında yayımlanan “Bozbash Pictures”in çəkiliş heyəti olub.

Yumoristik proqramın qəhrəmanı “Fəlakət” həmin körpüyə çıxıb özünü atmaq istəyənlərə “dərs keçib”.