backend

Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb






















Statistika Komitəsi məlumat yaydı.

2014-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz bəndi üstələyərək 3,4 faiz olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu dövr ərzində ölkə əhalisi gəlirlərinin 69,5 faizini son istehlak xərclərinə, 9,1 faizini vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizini kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 18,8 faizini isə yığıma yönəldib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,1 faiz çox vəsait qalıb.