backend

Yasamalda 20 yaşlı gənc qətlə yetirilib - FOTO

Yasamalda 20 yaşlı gənc qətlə yetirilib - FOTO






















Cinayət işi açılıb.

Bakıda 20 yaşlı gənc qətlə yetirilib.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi məlumata əsasən, hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 132 ünvanındakı ərzaq mağazasının qarşısında qeydə alınıb. 5-ci Yasamal 44 ünvanında qeydiyyatda olan Cəfərov Rəşad Yaşar oğlu bıçaqlanıb. 20 yaşlı gənci bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

Əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları R.Cəfərovun qatilinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Yasamalda 20 yaşlı gənc qətlə yetirilib - FOTO

Yasamalda 20 yaşlı gənc qətlə yetirilib - FOTO