backend

Bakı sakinlərinin 83%-i fiziki fəaliyyətlə məşğul olmur

Bakı sakinlərinin 83%-i fiziki fəaliyyətlə məşğul olmur






















“Sağlam həyat tərzi” sorğusunun nəticələri açıqlandı.

Azərbaycanın Səhiyyə Nazirliyi, "Ümid" İctimai Birliyi və Coca-Colanin "Sağlam həyat tərzi" birgə araşdırma layihəsi çərçivəsində keçirilən sosioloji sorğunun nəticələri açıqlanıb. Sorğu Bakı və şəhər ətrafı ərazilərdə 18-24 yaş arası 1000 nəfərdən artıq respondenti əhatə edib.

qaynarxett.az xəbər verir ki, respondentlərdən 49%-i qadın, 51%-i kişi olub.

Araşdırmanın nəticələrinə əsasən, sorğu iştirakçılarının 83%-i güclü fiziki fəaliyyətlə, 70 %-i isə səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Bu cür fəaliyyətlərlə məşğul olanların həftəlik orta göstəricisi 1.5 gün təşkil edir. Respondentlərin 16%-i pəhriz saxlayır.

Sorğu onu da müəyyən edib ki, respondentlərin demək olar hamısı - 96%-i piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə ayırır. Bundan başqa, sorğu iştirakçılarının demək olar ki, yarısı həkimə yalnız ciddi sağlamlıq problemləri olanda gedirlər. Respondentlərin 36 %-i ildə bir dəfə həkimə ümumi yoxlama "check up" və 56% i ümumi müayinəyə gedirlər.