backend

Məhkəmənin qərarına etiraz edərək binanın üstünə çıxdı

Məhkəmənin qərarına etiraz edərək binanın üstünə çıxdı






















İntihara cəhd edən şəxslə danışıqlar aparılıb.

Sumqayıtda bir nəfər intihara cəhd edib.

Qaynarxeett.info-nun APA-ya istinadən məlumatına görə, Sumqayıt şəhər Məhkəməsinin qarşısındakı 9 mərtəbəli binanın damına çıxan Pərviz Ramiz oğlu Səmədov özünü atmaq istəyib. Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, intihara cəhd edən şəxslə danışıqlar aparılıb. P. Səmədov məhkəmənin qərarına etiraz olaraq intihar etmək istədiyini bildirib.

FHN-dən verilən xəbərə görə, artıq intihara cəhd edən şəxs xilasedicilərin köməyi ilə xilas olub. Onu binanın damından düşürmək mümkün olub.