backend

Ərzaq məhsulları bahalaşdı

Ərzaq məhsulları bahalaşdı
























Statistika Komitəsi məlumat yaydı.

İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,1 faiz, on bir ay (yanvar-noyabr) ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb.

qaynarxett.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata əsasən, oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,5 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.