backend

“Toppuş”qarğıdalı çubuqları uşaqlar üçün təhlükə mənbəyidir?

“Toppuş”qarğıdalı çubuqları uşaqlar üçün təhlükə mənbəyidir?













Hamburger, çipsi, göbələk, kukruz, sosis, kolbasa, Partladılmış qarğıdalı (Pop-korn), makaron ve bu kimi qidalar uşaqların sağlamlığına ziyandır və onların həyatı üçün təhlükləlidir

Belə ki, bu qidalar uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır. Həmçinin körpələr üçün hazırlanan sıyıqlar onlarda şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur. Bütün bunları Amerikanın Pediatriya Akademiyasının alimləri bildirir. Belə bir deyim var ki, insana nə ziyandı insan ən çox onu yemək istəyir. Hamiya bəllidir ki, bütün bu adı çəkdiyimiz qidalar uşaqların cox sevdiyi və vaz keçə bilmədiyi qidalardır. Valideyinlər uşaqları sevindirmək üçün bu kimi zərərli qidaları alıb, uşaqlarına yedizdirirlər. Halbuki bu qidalarla uşaqlara nə dərəcədə ziyan verdiklərini düşünmürlər. Uşaqların ani bir sevinci sonradan ağır fəsadlarla nəticələnir. Bu qidaların əsasını isə qarğıdalı çubuqları təşkil edir. Demək olar ki, bu qidanı yeməyən uşaq yoxdur. Qidanın təsisçiləri uşaqların diqqətini cəlb etmək üçün 20 qəpiklik qarğıdalı çubuqlarının paketine çin istehsalı olan oyuncaqlar yerləşdirirlər. Nəticədə uşaqlar sirf içindən hansi oyuncaq cixacaq deyə həmin qidanı alırlar. Və yaxud uduşa müxtəlif məişət əşyaları qoyullar, kağızların hər birinə müxtəlif hərflər yazırlar. Uşaqlar da məcbur olub alır ki, bütün hərfləri yiğsa sanki nə isə qazanacaq. Halbuki bütün bunların hamısı yalandır. Əslində uduşda heç bir əşya da yoxdur. Uşaq düşüncəsi ve psixologiyasından istifade edib, onları sözün əsl mənasında aldadırlar. Vəziyyətin nə yerdə olduğunu öz gözlərimizlə görmək üçün ən çox satılan "Toppuş”qarğıdalı çubuqlarının istehsal olunduğu sxə yollandıq. Ancaq əraziyə çatarkən ürəyimizdə "Kaşki gəlməsəydik” düşüncəsi keçdi. Sexin işçiləri bizə çəkiliş üçün imkan yaratmadı. Heç qapını belə üzümüzə açmadılar. Soruşanda ki, niyə açmırsız? Verdikləri cavab isə bax belə oldu….! Düzü onları qınamaqdıq, divarın dibində siçan cəsədi, hər növ həşəratlar kimin sexində olsa yəqin ki, gözə gəlməmək üçün çəkilişə icazə verməzdi. Hər halda Olanı var, olmayanı var kiminsə "gözü dəyə bilər”axı Məsələ ilə bağlı Azad istehlakçilar birliyinin sədri Eyyub Huseynov deyir ki, "bu oyuncaqlar plastik oyuncaqlardı və onların boyanmasında istifadə olunan boyalar uşaqların zəhərlənməsinə gətirib, çıxara bilər. Mənşəyi məlum olmayan bu qidaların və onun içərisindən çixxan oyuncaqların uşaqların səhhətinə nə dərəcədə ziyanı oldugunu öyrenmek üçün həkim pediator Təzibə xanimdan soruşduq. O, bildirdi ki, "oyuncaqların qidalarla eyni qabda olması heç də xoşa gələn bir hal deyil. Çünki bu oyuncaqlar ucuz və keyfitsəzdir. Ümid edirik ki, övladinin gələcəyini və sağlam həyat yaşamaq istəməyini istəyən valideyinlər bu görüntülərdən nə isə bir nəticə çıxararlar.

Aytən Yaşar,
Babək Zeynal,
Anar Həsənov