backend

Sumqayıtda faciə: Ana və azyaşlı oğlu öldü

Sumqayıtda faciə: Ana və azyaşlı oğlu öldü
























Araşdırma aparılır

Sumqayıtda ağır yol qəzası baş verib.

qaynarxett.az-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 16-da saat 18 radələrində Sumqayıt şəhərində şəhər sakini Elvin Qarayevin idarə etdiyi “Nissan” və Ağstafa rayon sakini Elnur Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.

E.Əliyevin sərnişinlərindən arvadı Ceyhunə və azyaşlı oğlu Hüseyn hadisə yerində ölüb, özü və digər sərnişini qızı Elnurə xəstəxanaya yerləşdiriliblər.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.