backend

Azərbaycanda brakonyer brakonyeri öldürdü

Azərbaycanda brakonyer brakonyeri öldürdü






















Hadisə ehtiyatsızlıq səbəbindən baş verib

Dekabrın 17-də səhər saat 5-6 radələrində İmişli rayonunun Məmmədli kəndi ilə Şərbətqobu Ovçuluq Təsərrüfatının arasında yerləşən su ərazisində Bakı şəhər sakini Akif Məmmədov və kənd sakini Hamlet Allahverdiyev brakonyerliklə məşğul olarkən A.Məmmədovun əlindəki ov tüfəngindən açılmış atəş nəticəsində H. Allahverdiyev dünyasını dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, ilkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Hadisə ilə bağlı Şərbətqobu Ovçuluq təsərrüfatının işçiləri rayon polis şöbəsinə məlumat verib. Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar araşdırma aparılır.

Araşdırma zamanı A.Məmmədova “Azərovçu” Cəmiyyəti tərəfindən 2009-cu ildə qanunsuz ov bileti verildiyi məlum olub.

Ümumilikdə 1-15 dekabr tarixində keçirilmiş reydlər zamanı qanunsuz ovla məşğul olan 19 nəfər saxlanılıb, onlardan 18 ov tüfəngi və 83 patron götürülüb. Qanunu pozmuş şəxslər barəsində akt və protokol tərtib olunaraq, ümumilikdə 19 131 manat məbləğində cərimə və iddia tətbiq edilib, 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.