backend

Avropa parlamenti Fələstini tanıyacaq

Avropa parlamenti Fələstini tanıyacaq






















“Bu, sülh danışıqlarının davamı ilə müşayiət olunmalıdır”

Avropa parlamenti çərşənbə günü keçirilən plenar iclasında Fələstini müstəqil dövlət kimi tanımağa səsləyən qətnamə qəbul edib, iclasın sədri bildirib.

Qaynarxettşinfo-nun RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, birgə qətnaməni Avropa parlamentinin beş fraksiyası hazırlayıb.

“Avropa parlamenti Fələstin dövlətinin tanınması prinsipi və iki dövlətin yaradılmasına əsaslanan qərarı dəstəkləyir və hesab edir ki, bu, irəli getməli olan sülh danışıqlarının davamı ilə müşayiət olunmalıdır”, - deyə, sənəddə bildirilir.

Avropalı deputatlar həmçinin Avropa İttifaqı diplomatiya rəhbəri Federik Moqerini “Aİ-nin bu baxımdan ümumi mövqeyinə dəstək göstərməyə” çağırıblar.

Qətnamə tərəfdarları qeyd ediblər ki, Fələstinin müstəqil dövlət kimi tanınması Fələstin və İsrail arasında sülh danışıqlarının nəticəsi yox, uğurla başa çatması səbəbi olmalıdır.